Şotlandiyanın görkəmli aktrisası, məşhur aktrisalar Emma və Sofi Tompsonun anası Fillida Lou 94 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun meneceri Ceki Leqqo məlumat verib.
Aktrisanın evində, ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişdiyi bildirilib.
1932-ci ildə Qlazqoda anadan olan Fillida Lou “Bristol Old Vic” Teatr Məktəbində təhsil alıb və teatr, kino, televiziya sahəsində zəngin yaradıcılıq yolu keçib.
O, 1957-ci ildə aktyor Erik Tompson ilə ailə qurub.
Fillida Lou kino karyerası ərzində qızları ilə birlikdə "Peter’s Friends", "Much Ado About Nothing", "Emma" və "The Winter Guest" kimi məşhur filmlərdə rol alıb.
"The Time Machine", "Danny The Dog", "Miss Potter", "Albert Nobbs" və "A Little Chaos" kimi filmlər sənətçinin digər tanınmış ekran işlərinə daxildir.
Teatr və xeyriyyəçilik fəaliyyətinə görə 2014-cü ildə Britaniya İmperiyası Ordeni ilə təltif edilən aktrisa sonuncu dəfə 2020-ci ildə çəkilmiş "Then Came You" romantik komediyasında kamera qarşısına keçib.
Tanınmış aktrisa vəfat etdi
Oxşar xəbərlər
Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb
14:30
13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"
14:00
13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır
13:25
13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu
13:15
13 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?
12:00
13 oktyabr 2026
Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi
11:30
13 oktyabr 2026