“TANI, OXU, TANIT” layihəsi çərçivəsində Xəzər Universitetində görüş keçirildi

“TANI, OXU, TANIT”  layihəsi çərçivəsində Xəzər Universitetində görüş keçirildi
21 may 2024
# 16:40

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Xəzər Universitetində keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin giriş nitqi ilə Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli açaraq sözü departamentin müəllimi fil.ü.f.d., şair Qardaşxan Əzizxanlıya verib. Qardaşxan Əzizxanlı qonaqları salamlayaraq bədii sözün əhəmiyyətindən və layihənin önəmindən danışıb.

Ardınca Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair- publisist Əkbər Qoşalı ədəbiyyat könüllülüyündən, onun bugünkü vəziyyətindən danışıb. Birliyin başqanı, şair-publisist İntiqam Yaşar, Birliyin üzvləri şair Taleh Mansur, Səddam Laçına, Valeh Qoca da DGTYB-nin ədəbi layihələrindən söz açıb, layihə çərçivəsində çap olunmuş “Ədəbi toplu-2024” adlı kitabda yer almış şeirlərini səsləndiriblər. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri dosent Zivər Hüseynli-Baylan, fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Almaz Bədəlova və fil.ü.f.d. Mədinə Karahan bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra Dillər və ədəbiyyatlar departamentinin tələbələrindən – Ayla Yusifova Xəyalə Sevilin “Cəzalıdı ürəyim”, Rəvanə Məhərrəmova isə Həsən Kürün “Cəbhədən məktub” şeirlərini səsləndiriblər.

Sonda bütün iştirakçılara DGTYB-nin nəşr etdirdiyi nəşrlər hədiyyə edilib, tədbirdə fəallıq göstərən tələbələrə diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.

# 2743 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər