Tacikistan Mədəniyyəti Günləri başa çatdı

Tacikistan Mədəniyyəti Günləri başa çatdı
24 may 2024
# 11:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri sona çatıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət Günlərinin sonuncu günündə – mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Tacikistan və Azərbaycan dostluğu" adlı geniş konsert proqramı təqdim olunub.

Musiqili axşamının tamaşaçıları arasında Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar olub.

Konsertdə Tacikistanın Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”, “Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış ediblər.

Proqramda “Sevdiyim diyar”, “Bu gözəl gözlər”, “Tacikistan-Azərbaycan”, “Sevgim”, “Dostluğun nuru” və digər mahnılar ifa olunub.

Tacikistan sənətçilərinin təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Qonaq ifaçıların Azərbaycan musiqisinə müraciəti isə xüsusi rəğbət doğurub. “Azərbaycan", "Sarı gəlin" və “Sevgili canan” mahnıları gurultulu alqışlarla mükafatlandırılıb.

Bununla da ölkəmizdə Tacikistan mədəniyyəti və incəsənəti şöləni tarixə qovuşub.

Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində Tacikistan incəsənət ustalarının qala-konserti ilə yanaşı, Tacik kinosu günləri və bu ölkənin rəssamlarının əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi təşkil edilib.

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər