Sviftin kitabı rekord həddə satıldı

Sviftin kitabı rekord həddə satıldı
6 dekabr 2024
# 12:41

Məşhur amerikalı müğənni Teylor Sviftin “The Eras Tour Book” kitabı ilk iki gündə 814 min nüsxə satılıb.

Kulis.az xəbər verir ki, Sviftin qeyri-bədii janrında olan kitabını reytinqdə yeganə üstələyən keçmiş ABŞ prezidenti Barak Obamanın 2020-ci ildə işıq üzü görən “Vəd edilmiş torpaq” adlı prezidentlik memuarının birinci cildidir.

Bu kitab 816 min nüsxədən bir qədər çox sataraq "Eras Tour"dan bir qədər irəlidə olub.

Eyni zamanda, Obamanın kitabı bütün pərakəndə satış mağazalarında olduğu kimi həftə ərzində də satılıb, Sviftin kitabı isə "Qara cümə" günü və yalnız "Target" mağazalarında satışa çıxarılıb.

Qeyd edək ki, sənətçinin "Eras" konsert turnesi 2023-cü ilin martında başlayıb və hələ də davam edir. Tur dekabrın 8-də Kanadanın Vankuver şəhərində başa çatacaq. Orada Svift 149-cu konsertini verəcək.

Xatırladaq ki, tur zamanı müğənni milyarder olub və ən zəngin musiqiçilər reytinqində Rihannanı keçib.

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər