“Şuşa fatehi-Yunis Kazımov” kitabının təqdimatı oldu

“Şuşa fatehi-Yunis Kazımov”  kitabının təqdimatı oldu
20 aprel 2026
# 13:00

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda şəhid Yunis Qasım oğlu Kazımovun əziz xatirəsinə həsr olunmuş “Şuşa fatehi-Yunis Kazımov” kitabının təqdimatı olub.

Kulis.az ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı təqdim olunan kitab haqqında məlumat verib. O bildirib ki, “Şuşa fatehi – Yunis Kazımov” kitabının müəllifi filologiya üzrə fəlsəfə doktoru, şair və publisist Fəridə Ləman, redaktoru professor Tamella Abbasxanlı, məsləhətçisi isə jurnalist-publisist Qalib Rəhimlidir.

Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxışında şəhid Yunis Kazımovun keçdiyi şərəfli döyüş yolundan bəhs edib, kitabdan seçilmiş poeziya nümunələrini səsləndirib.

Tədbirdə kitabın redaktoru Tamella Abbasxanlı, “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri İlham Pirməmmədov, Müdafiə Nazirliyinin kursantı Ələddin Bağırov, tədqiqatçı-alim Əfqan Vəliyev, polis mayoru, şair Aidə Şirinova, ehtiyatda olan polkovnik Eldəniz Namazov, kapitan Toğrul Məmmədov, şair Rəfail İncəyurd, professor Valeh Nəsibli və digər çıxış edənlər şəhid Yunis Kazımovun həyat və qəhrəmanlıq yoluna dair xatirələrini bölüşüblər.

Şəhidin ailə üzvləri - atası Qasım Yunisoğlu, anası Fəxriyyə Kazımova, həyat yoldaşı Zöhrə Kazımova və övladı Əli də çıxış edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onların qürurlu və mətin çıxışları Vətənə bağlılığın və şəhidlik zirvəsinin ali dəyərini bir daha nümayiş etdirib.

Tədbir çərçivəsində şəhid Yunis Kazımovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Kitabın müəllifi Fəridə Ləman çıxışında bu əsəri böyük mənəvi məsuliyyət hissi ilə qələmə aldığını deyib: “Bu kitabı qələmimlə yox, ürəyimlə yazdım. Yazdım ki, igidimizi gələcək nəsillər tanısın və yaşatsın”.

Sonda Güllü Eldar Tomarlı tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

# 81 dəfə oxunub

Oxşar xəbərlər

Haaqada “Şərq və Qərb bir arada”  adlı fotosərgi açıldı

Haaqada “Şərq və Qərb bir arada” adlı fotosərgi açıldı

13:30 20 aprel 2026
Brem Stokerin "Drakula"sının tarixi prototipi kim idi?

Brem Stokerin "Drakula"sının tarixi prototipi kim idi?

13:20 20 aprel 2026
Aprelin “Ulduz”u işıq üzü gördü

Aprelin “Ulduz”u işıq üzü gördü

12:09 20 aprel 2026
Çingiz Hüseynovun əsərləri niyə qadağan olunmuşdu?

Çingiz Hüseynovun əsərləri niyə qadağan olunmuşdu?

10:49 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
Ədəbi görüşlər - Rüstəm Dastanoğlu

Ədəbi görüşlər - Rüstəm Dastanoğlu

12:48 19 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər