Şükür Allaha, atam TikToker deyil - Orxan Saffari yazır...

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

13 yanvar 2023
# 16:30

Kulis.az Orxan Saffarinin yeni yazısını təqdim edir.

Ədəbini, ərkanını, əxlaqını bilən, tərbiyəli, nümunəvi, əksərən də, qanunpərəst bir vətəndaş, insan, oğul olaraq əvvəlcədən onu demək istəyirəm ki, mənim yaşlı insanlara hörmətim sonsuzdur.
Məsələn, onlara avtobusda mütəmadi olaraq yer verir, hardasa oturduğum yerdə gələrlərsə, dərhal ayağa durub, yenə yer təklif edərək, iki əlli salamlaşıram. Bəzən irəli gedərək, baş əyib, təzim də edirəm. Yəqin ki, artıq necə sayğı dəyər olmağım məlumdur.

Əlavə olaraq, onlar üçün mağazaya siqaret də almağa gedirəm (bəzən araq da). Xüsusilə, ölüm yaşlarına daha yaxın olanlara nəvazişimi bir az da artırıram. Əlimdən gələn ən birinci və sonuncu iş dua etməkdir ki, onu da edirəm.

Di gəl, etiraf da etməliyik ki, yaşlı adamların artıq get-gedə başları da gedir. Hansı yaşlı adamların? Sosial şəbəkələrin aktiv iştirakçısı olan yaşlıların. Onlar bilirsiniz ki, həm də kimlər, hansı mahiyyətin adamlarıdır? "Bu internat camahatı, gənşdəri pozdu" ritorikası ilə çıxış edənlər.

Sosial şəbəkələr bu cür qoca qurdların əsl simasını göstərdi həm də. Bəlli oldu ki, qoca atların hamısı arpa yemək istəyir. Göstərdi ki, onlar heç qara saqqal da deyillər. Onlar nəvəsi yaşda qadınlara göz dikəcək məxluqlar, nəvəsi yaşda oğlanlara meyl və başqa nələrsə edəcək varlıqlardır. Balans pozulmasın deyə, qadınları da qeyd etdim. Amma etiraf etmək lazımdır ki, kişilər çoxluq təşkil edir. Həm də çox-çox çoxluq təşkil edir.

Heç nə yox, Tiktoka baxmaq kifayət edir ki, bığlı-saqqallı, qarınlı-kürəkli kişilərin özlərini düşük gününə saldığını görəsiniz. Görəsən, bu adamlar həqiqətən, utanmırlarmı? Bunların qızı, oğlu, gəlini, arvadı, yaxınları hara baxır? Demirlərmi ki, a kişi, özünə hörmət elə. Özünə eləmirsən, saçının ağına elə, bığının uzunluğuna elə, bizə elə. Allah haqqı, vəziyyət o yerə çatıb ki, atamın sosial şəbəkədə sadəcə tamaşaçı olmasına sevinirəm. Yaxşı ki, atam tiktoker deyil. Şükür, ilahi. Gənc yaşımda oğul kimi ən azı bu biabırçılıqdan yan keçmişəm. Atamı orda-burda fəxrlə təqdim edirəm ki, tiktoker deyil, qadınların rəylərinə gül şəkli atmır. Sağ ol, ay dədə.

Sosial şəbəkələr bizə göstərdi ki, bu adamlar həm də əxlaqsız, tərbiyəsiz, yanıq adamlardır. Onlar üçün fərqi yoxdur. Yoxdur ki, sən uşaqsan, evlisən, onu istəyir yaxud istəmirsən. Onlar ağızlarına və ağıllarına nə gəldi deyir, yazırlar. Çünki onlar pozğundurlar. Onlar öz ev-eşiyində qadınlara qan udduran, tərbiyə dərsi keçənlərdi adətən. Heç nə yox, istənilən bir xanım tanışınızın sosial hesablarındakı mesajlara baxın, görün orda-burda el ağsaqqalı kimi tanınan o kişilər nə hoqqalar verir.

Düşünürəm ki, vəziyyət getdikcə daha da pisləşir. Yaşlı adamlara texnologiya bu qədər əl çatan olduqca, problemlər də çoxalır. İçlərindəki yaşaya bilmədikləri gənclik, iyrənc mahiyyət biruzə verməyə başlayır. Əlimizdən nə gəlir?

Allah yaxşı kişilərin canını sağ eləsin.

# 3334 dəfə oxunub

Oxşar xəbərlər

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

17:13 29 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

17:00 29 iyun 2026
Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

16:30 29 iyun 2026
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

15:38 29 iyun 2026
Alla Puqaçova karyerasına son qoydu - Səbəb

Alla Puqaçova karyerasına son qoydu - Səbəb

15:20 29 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər