Skarlet Yohansson: "Süni intellektin sui-istifadəsi məsələsini müzakirə etməliyik"

Skarlet Yohansson:  "Süni intellektin sui-istifadəsi məsələsini müzakirə etməliyik"
14 fevral 2025
# 16:55

"Marriage Story", "Lucy", "Ghost in the Shell" kimi filmləri ilə tanınan amerikalı aktrisa Skarlet Yohanssonun adı və siması süni intellekt tərəfindən yaradılmış bir reklamda istifadə olunub.

Kulis.az xəbər verir ki, "CNN"ə danışan aktrisa deyib:

"Süni intellekt vasitəsilə yaradılmış bir videonun onlayn yayımlandığını və diqqət çəkdiyini gördüm. Süni intellektin sui-istifadəsi məsələsini müzakirə etməliyik, əks halda, reallıqla bağımızı itirə bilərik."

O, iştirak etdiyi videoda Adam Levin, Mila Kunis, Leni Kravitz, Mark Zukerberq, Saşa Baron Kohen, Ben Stiller, Natali Portman və David Şvimmer kimi məşhurların da olduğunu vurğulayıb.

Qeyd edək ki, bənzər bir hadisə daha əvvəl Tom Henksin də başına gəlmişdi. Aktyor bir reklamda simasından istifadə edildiyini, lakin bunun süni intellekt vasitəsilə yaradıldığını və icazəsinin alınmadığını bildirmişdi.

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər