Sizi bilmirəm, mən İlham Əliyevə minnətdaram!

Sizi bilmirəm, mən İlham Əliyevə minnətdaram!
25 sentyabr 2023
# 13:45

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İşə keçmişik də, Allah haqqı.

Qorxumdan İlham Əliyevi tərifləyə bilmirəm ki, murdar təfəkkürlü adamlar yaltaqlıq elədiyimi düşünəcək.

Mənim atam (Akif Səməd) müxalifətçi olub.

Avropadan, Amerikadan qrant alıb yağ-bal içində ömür sürən, övladları xaricdə yaşayan müxalifətçilərdən yox.

45 yaşında ürəyini əməliyyat etdirməyə 3 min manat tapmayıb infarktdan ölən müxalifətçilərdən olub atam.

AXCP-nin yaranmasında imzası olan 36 nəfərdən biri olub.

Ən sərt tənqidlər yazıb qəzetlərdə, efirlərdə də öz sözünü deyib.

Heydər Əliyevi dəfələrlə tənqid eləyib. Tanıyanlar bilir atamı, artıq söz deməyimə gərək yoxdur.

Amma Heydər Əliyev vəfat edəndə atam ağlamışdı evdə. Anam danışır bunu mənə.

Hə, Heydər Əliyevi sərt tənqid eləyən atam onun ölümünə ağlayıb, deyibmiş ki:

"Çox böyük kişi idi. İmkan vermədilər istədiklərini eləsin"

Hə... Nə atamın adından yalan danışaram, nə anamın. Atamın ruhundan utanaram.

"Şuşaya gedə bilmirəm" şeirini yazan şairdi atam.

Deyirmiş ki, Heydər Əliyev Qarabağı qaytarsın, heç vaxt onu tənqid eləməyəcəm.

Bunları deyən adamın oğlu, yəni mən, iki il öncə Şuşada atamın bu şeirini səsləndirdim. Atamın "Şuşaya gedə bilmirəm" şeiri Şuşaya getdi. Mən İlham Əliyevi necə sevməyim?

Atamın arzularını gerçəkləşdirdi axı. Bu qədər insanın mümkünsüz bildiyini mümkün etdi axı.

Mən niyə murdar təfəkkürlü adamlara görə İlham Əliyevə təşəkkür etməyə qorxmalıyam?

Bir dəfə bir məclisdə demişdim, "indi İlham Əliyevi tərifləmək tənqid etməkdən daha çox cəsarət tələb eləyir".

Doğrudan da, belədir.

İndi İlham Əliyevi tərifləmək üçün daha çox cəsarət lazımdır, nəinki tənqid eləmək.

Çünki murdar təfəkkürlü adamlar hərəsi əlində bir damğa ilə üstünə tökülüşür.

Məni üzrlü sayın, mən o geydirmə müxalifətçilər kimi Avropadan, Amerikadan qrant alıb İlham Əliyevi tənqid eləyə bilmərəm.

Bu cür edib qazandığım maaşdan daha çox pul alaram istəsəm, daha yaxşı yaşayaram, lap gedərəm Avropaya, açaram bir dənə Yutub kanalı, elə ancaq İlham Əliyevi, Azərbaycanı tənqid edib yağ-bal içində yaşayaram. Nə çətin şey var ki burda?

Amma bunu heç vaxt eləmərəm.

Görülən işlər göz qabağındadır.

Uşaq oyuncağı deyil bu məsələlər.

Hə, sizi bilmirəm, mən İlham Əliyevə minnətdaram.

Hər şeyə bir mız qoyan, xüsusən də müxalifətçilik adı ilə Azərbaycanın hər uğuruna kölgə salmağa çalışan, 44 günlük müharibə bitən kimi "Bəs Xankəndi?! Bəs Xocalı?! Bu qələbə deyil" deyən, Xankəndi, Xocalı azad olunanda da "Camaatın balasını qırırlar yalandan" deyən adamlar mənə yaltaq deyəcəklərsə, desinlər. Heç narahat etmir məni belə adamların fikirləri.

Ölkəmizin Prezidentinə təşəkkür edirəm!

İlham Əliyevə minnətdaram!

Hətta çox istəyirəm ki, Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən olan İlham Əliyevin əlini şəxsən sıxım, üzbəüz təşəkkür edim.

# 6825 dəfə oxunub

Oxşar xəbərlər

Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər