"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb
10 oktyabr 2024
# 11:22

Məşhur "The Simpsons" sitkomu mühüm hadisələri "proqnozlaşdırdığı" üçün böyük şöhrət qazandı. Uzun müddət davam edən cizgi filminin Trampın prezidentliyi və ağıllı saatı da daxil olmaqla müasir tarixin bəzi ən mühüm hadisələrini qəribə şəkildə proqnozlaşdırdığı iddia edilir. Serialın icraçı prodüseri Mett Selman The Simpsons-ın kehanetlərinin arxasındakı həqiqəti açıqlayıb.

Kulis.az xəbər verir ki, Matt Selman bu proqnozların arxasındakı sirrin o qədər də sehrli olmadığını bildirib.

"Həmişə verdiyim, heç kimin bəyənmədiyi ölü cavab budur ki, əgər siz tarix və riyaziyyatı öyrənsəniz, müəyyən şeyləri proqnozlaşdırmağımız çox da çətin olmazdı. Kifayət qədər şeylər deyilsə, bəziləri reallıqla üst-üstə düşəcək və bu, riyazi elementdir. İnsanlığın keçmiş axmaqlıqlarını araşdıraraq serial çəksəniz, gələcək axmaqlıqlarını da təxmin edə bilərsiniz".

Qeyd edək ki, artıq 36-cı mövsümündə olan "The Simpsons" 1989-cu ildən efirdədir. Matt Groening tərəfindən yaradılan bu cizgi filmi Simpson ailəsinin gündəlik həyatı və tipik bir Amerika qəsəbəsindəki sərgüzəştləri haqqındadır.

# 4062 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər