Sevgi, xəyanət və ölüm - Məşhur qadın obrazları

Sevgi, xəyanət və ölüm - Məşhur qadın obrazları
8 mart 2025
# 09:00

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Kulis.az xəbər verir ki, bu gün Azərbaycanda da geniş qeyd olunur.

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub.
1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Kulis.az məşhur qadın obrazlarından bəzisini təqdim edir.

Anna Karenina (Lev Tolstoy -"Anna Karenina")

Anna Karenina ailəli və cəmiyyətdə yüksək statusu olan bir qadındır, amma aşiq olduqdan sonra şəxsi həyatı faciəyə çevrilir. Anna sevgi və azadlıq axtarışında, cəmiyyətin tələbləri ilə mübarizə apararkən özünü itirir. Onun obrazı cəmiyyətin qadınlara qarşı olan sərt münasibətini və bu münasibətlərin qadının psixoloji vəziyyətinə necə təsir etdiyini göstərir.

Hedda Qabler (Henrik İbsen - "Hedda Gabler")

Hedda Qablerin hekayəsi qadınların cəmiyyətdəki məhdudiyyətləri və onların azadlıq yolundakı çətinlikləri haqqındadır.

Elizabet Bennet (Ceyn Ostin - "Qürur və qərəz")

Elizabet Bennet Ostinin məşhur əsərindəki müstəqil və ağıllı qadındır. O, dövrünün mövcud evlilik təzyiqlərinə qarşı çıxaraq yalnız öz ideallarına uyğun olan həyat yoldaşı seçmək istəyir.

Ofelya (Uiliyam Şekspir - "Hamlet")

Ofelya... Qadınların qarşılaşdığı sosial təzyiqlər, çətinliklər...

Ceyn Eyr (Şarlotta Bronte - "Ceyn Eyr")

Ceyn Eyr çətinliklərlə qarşılaşsa da, heç vaxt güzəştə getmir. O, feminist ədəbiyyatın simvollarından biridir.

Frida Kahlo (Hayden Herrera - "Frida: A bioqrafiya")

Frida Kahlo... sənət və kimlik mübarizəsi... Azad, savaşçı qadın...

Jozefina Març (Louisa May Alkott - "Kiçik qadınlar")

Jozefina arzularına, idealist düşüncələrinə sadiq qalmağa çalışan, zəifliyi və mürəkkəbliyi ilə özünəinamlı qadın obrazıdır. O, yazıçılıq peşəsini seçərək, kişilərin üstünlük təşkil etdiyi dünyada öz yolunu tapmağa çalışır.

Karmen (Prosper Merimee - "Karmen")

Karmen... ehtiraslı, azad qadın. O, qaydalara tabe olmur, istədiyi kimi yaşayır. Müstəqil, cazibədardır və çərçivələri qıran obraz.

Delfin (Toni Morrison - "Sula")

Toni Morrisonun "Sula" əsərindəki qadın obrazı. O, sadiqdir. Həm özünə, həm də dəyərlərə. Ancaq layiq olmadığı münasibətlərlə qarşılaşır.

Klarissa Dallovey (Vircinia Voolf, "Mrs. Dallovey")

Klarissa Dallovey - güclü qadın obrazı. Daxili monoloqları və düşüncələrilə məşhur obraz məqsədi uğrunda sonacan mübarizə aparır.

# 3536 dəfə oxunub

Oxşar xəbərlər

"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər