"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri

"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri
9 oktyabr 2025
# 16:00

Bu gün şair, yazıçı Günel Mövludun doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Dostuma məktub" şeirini təqdim edir.


Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Səndən sonra uşaq doğdum qürbətdə
Heç üzümü güldürmədi birisi.



Səndən sonra Mövlud öldü, dinmədim.
Səndən sonra dindirmirdi heç məni.
Səndən sonra didərginəm vətəndən,
Hələ neçə ölkə qalıb köçməli?



Səndən sonra ingiliscə öyrəndim
Bir azca da kökəlmişəm - on kilo.
"Xalq düşməni" deyir mənə qohumlar
Anam deyib: "Mənim qızım deyil O!"



Roman yazdım, bu yaxında çıxacaq.
Gözlərimin kənarları qırışıb,
Son zamanlar heç düzələ bilmirəm,
Başağrısı diş dərdinə qarışıb...



Hey gülürəm Sən yadıma düşəndə
Ürəkgetmən, gecə itdən qorxmağın...
Bilirəm ki, darıxmırsan mənimçün.
Kim neyləsin mənim kimi axmağı?



Şəkillərdən görürəm ki, yaxşısan.
Yerindədir sağlamlığın, səhhətin?
Solmayıb ki, gözlərinin yaşılı?
Sınmayıb ki, hələ qəddin, qamətin?



Qurban olum, sən özünə yaxşı bax.
Ağartmasın saçlarını acılar.
Gözəl dostum, Sən qocalma, qorxuram!
Səndə mənim cavanlığım qocalır.


# 2078 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər