“Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olundu

“Sehrbazlar dərəsi”  romanı Pakistanda nəşr olundu
2 mart 2026
# 17:20

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı “Vadi-yi Tilsim” adı altında Pakistanda nəşr olunub.

Kulis.az xəbər verir ki, kitab Bakıda fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzinin rəhbəri Mahmud Athar tərəfindən urdu dilinə tərcümə edilib. “Sehrbazlar dərəsi” romanı müasir Azərbaycan ədəbiyyatının fəlsəfi dərinliyi, mifoloji simvolizmi və özünəməxsus bədii üslubu ilə seçilən bədii nümunəsidir.

Tərcüməçi bildirib ki, Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Sakesar Books” nəşriyyatında çap olunan əsər urdu dilində nəşr olunan ilk Azərbaycan romanıdır: “Sehrbazlar dərəsi”nin Pakistanda nəşr olunması xəbərini məmnuniyyətlə bildiririk. Pakistanın Azərbaycandakı səfirinin ideyası olan bu təşəbbüs iki qardaş ölkə arasında ədəbi körpü qurmaq, milli ədəbiyyat nümunələrinin qarşılıqlı tanıdılması və mədəni əlaqələrin daha da gücləndirilməsini hədəfləyir. Əsərin urdu dilində nəşri Pakistan və Cənubi Asiya oxucularına Azərbaycan ədəbiyyatının zəngin irsini yaxından tanımaq imkanı yaradır, eyni zamanda müqayisəli ədəbiyyat və tərcüməşünaslıq sahələrində yeni tədqiqat istiqamətləri açır. Bu nəşr Azərbaycan–Pakistan mədəni və akademik əlaqələrinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, gələcəkdə Azərbaycan ədəbiyyatının digər nümunələrinin urdu dilinə, həmçinin Pakistan ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi üçün geniş imkanlar yaradır. Layihə iki ölkə arasında mədəni diplomatiyanın gücləndirilməsinə, qarşılıqlı anlaşmanın və ədəbi dialoqun dərinləşdirilməsinə mühüm töhfə verir”.

Mahmud Athar əlavə edib ki, "Sehrbazlar dərəsi" Kamal Abdullanın özünəməxsus üslubunu və yaradıcılıq potensialını nümayiş etdirən əsərdir. Roman, müasir Azərbaycan ədəbiyyatında mistika janrının ən parlaq nümunələrindən biri olmaqla yanaşı, oxucunu düşünməyə və özünü kəşf etməyə də vadar edir: “Bu roman, həm Azərbaycan ədəbiyyatı həvəskarları, həm də mistik və fəlsəfi mövzulara maraq göstərən oxucular üçün əvəzsiz bir töhfədir. "Sehrbazlar dərəsi", oxucunu sehrli bir dünyaya aparır, onu düşünməyə, sual verməyə və özünün daxili dünyasına səyahət etməyə dəvət edir”.

Qeyd edək ki, ilk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Sufi dərvişlərin həyatından bəhs edən bu əsər Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Fransa, Yaponiya, İran, ABŞ, İtaliya, Rumıniya və Almaniyada çap olunub.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər