“Səhnə” teatrında yeni tamaşa oynanılıb

“Səhnə” teatrında yeni tamaşa oynanılıb
22 sentyabr 2022
# 17:40

“Səhnə” teatrı Nardaranda narkomaniya əleyhinə tamaşa oynayıb.

Kulis.az xəbər verir ki, narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə “Səhnə” teatrı “Qaranlıqdan işığa” adlı tamaşa hazırlamışdır.

Daha əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan, Əmircan və Mərdəkanda nümayiş olunan tamaşa 20 sentyabda isə Nardaran mədəniyyət mərkəzində oynanılmışdır. Açılış dövlət himmi ilə olub, şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Tamaşadan öncə ilk söz "Liatris Holding"in rəhbəri Ruhi Əliyevaya verilib.

Daha sonra isə “Qaranlıqdan işığa” tamaşası tamaşaçılara göstərilmişdir. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.

Tamaşanın müəllifi Pakizə Hüseynova , quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Mirzə Ağa Ağayevdir, Anar Həsənzadə , Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.

Tamaşanı izləyən Sabunçu Rayonu İcra Hakimiyyətinin ictimai - siyasi-humanitar məsələlər üzrə şöbə müdiri Ədalət Teymurov tamaşa haqda öz fikirlərini bildirib:

“Çox gözəl tamaşa idi. Biz çox sevinirik ki, belə tamaşalar var və gəncləri narkomaniya kimi bir bəladan uzaqlaşmaq üçün maarifləndirir. “Səhnə” teatrına belə profesyonal işə görə böyük təşəkkürlər”.

Tamaşadan sonra "VMR" şirkətlər qrupunun baş direktoru Vüsal Həsənov tamaşa haqda öz fikirlərini bildirib:

“Mən də öz növbəmdə demək istəyirəm ki, bu gün burada belə bir maarifləndirici tamaşanı izləməkdən çox şad oldum. “Səhnə” teatrına belə gözəl bir tamaşanı ərsəyə gətirdikləri üçün minnətdaram”.

Qeyd edək ki, tamaşanın aparıcısı Günay Firudinqızı idi. Tamaşanı izləyənlər arasında məktəblilər və gənclər üstünlük təşkil edib.

# 3313 dəfə oxunub

Oxşar xəbərlər

Möhsüm Xəlilov: Mən gedirəm, siz qalın cavansız - Feyruz Muradov

Möhsüm Xəlilov: Mən gedirəm, siz qalın cavansız - Feyruz Muradov

11:20 3 noyabr 2026
Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

10:55 3 noyabr 2026
Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

10:40 3 noyabr 2026
Castin Timberleykdən yeni sənədli film layihəsi

Castin Timberleykdən yeni sənədli film layihəsi

10:20 3 noyabr 2026
Bağdadda qədim dövrə aid çörək və  pivə istehsalı sahələri aşkarlandı

Bağdadda qədim dövrə aid çörək və pivə istehsalı sahələri aşkarlandı

10:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər