Şəhidlər Xiyabanında öpüşmək olarmı? - Əxlaq polislərinin rəyi

Şəhidlər Xiyabanında öpüşmək olarmı? - Əxlaq polislərinin rəyi
27 may 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Şəhidlər Xiyabanında öpüşmək olarmı?" adlı köşəsini təqdim edir.

Yəqin, siz də duyğuları istismar edən adamlara tez-tez rast gəlirsiniz. Bunlar, adətən, uğursuz, heç bir ciddi potensialı olmayan adamlar olurlar.

Məsələn, kimsə dostları ilə çayxanadan şəklini paylaşır, 5-10 nəfər altdan yazır ki, bəs onu içə bilməyənlər də var.

Nə vaxt mənasız video paylaşılır, yazırlar ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bunların dərd-səri şəksiz ki, şəhidlər və ya kasıblar deyil.

Sadəcə, başqa neyləyəcəklər, əllərindən nə gəlir? Bacarıqları bura qədərdi.


****

Səhər bir nəfər canlı yayım açıb, düşüb iki turistin üstünə ki, bəs siz niyə Şəhidlər Xiyabanının qabağında öpüşürsünüz?

Bir şivən salıb ki, gəl görəsən.

Onlar da son dərəcə mədəni adamlardı. Çaşıb qalıblar. Heç azərbaycanca da bilmirlər. Bura haradı, bələd deyillər.

Mədəni şəkildə yaxşınlaşsan, izah eləsən, onlar da üzr istəyib çıxıb gedər. Yoxsa sən kimsən ki, camaata barmaq silkələyirsən? Şəksiz, eyni mahiyyətli adamlar rəy yazırdılar, "əxlaq polisimizə" haqq qazandırırdılar.

Bu adamlar heç vaxt öz haqlarını tələb eləməz. Vətəndaşların halına yanmaz, onların hansı şəraitdə yaşadığını görməz, bilməz. Bilsə də, səsini çıxarmaz. 5 manat pulunu alar, başını salar aşağı, mənasız, məzmunsuz həyatına davam eləyər.

Məsələn, şəhid ailəsinə yardım eləyər, ancaq mütləq videoya çəkər, fona qəmli musiqi qoyar, hətta yalandan ağlayar da. Təki reklamı yaxşı getsin.

Beş addım o tərəfdəki yurddaşlarına mikrofon uzatsa, nələr danışacaqlar, Allah bilir.

Ancaq eləməz. Heç vaxt! Nəyinə lazımdı? Axı onlardan pul gəlmir. Üstəlik, problem də yarana bilər.

Amma turistə hər sözü demək, minlərlə dəstəkçi də toplamaq olar. Nədən ki, bu ölkəni populistləşdirdilər. Pafosu baş tacı elədilər.

Əsas olan yaxşı yaşamaq deyil, bayraq formasında pencək geyinən hansısa müğənnini paylaşıb söyməkdir.
Bu ölkədə qəfil ziyalı, sözü üzə deyən, xalqın səsi ola bilərsiniz.
Durduq yerdə. Bir də gördün, filankəs filosofdu, bəhmənkəs hər şey üzrə milli ekspertdir, qızıl xırdalayır, ağzından horra tökülür doğruların başına.

Yoxsa xalq nə ilə dolanır, necə dolanır, əyninə paltar, uşağına yemək ala bilirmi? Ala bilir, alsın, bilmir, cəhənnəmə ki.

“Sözə bax haa... Cəhənnəmə ki...”

# 5505 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər