Satira və felyeton ustası - "Kirpi"nin unudulmaz baş redaktoru

Satira və felyeton ustası - "Kirpi"nin unudulmaz baş redaktoru
27 avqust 2025
# 11:20

27 avqust yazıçı-dramaturq Seyfəddin Dağlının doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılğından maraqlı faktları təqdim edir.

Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də Azərbaycanın Xızı rayonunda dünyaya gəlib.

O, ədəbiyyata məktəb illərində qədəm qoyub, ilk qələm təcrübələrini şeir və satirik hekayələrlə sınayıb.

Texnikumda təhsil alarkən "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, burada ədəbi işçi, şöbə müdiri və məsul katib kimi çalışıb.

İkinci Dünya müharibəsi başlayanda hərbi xidmətə çağırılıb və on beş ilə yaxın həyatını ordu sıralarında keçirib. "Ordu" qəzetində ədəbi işçi kimi fəaliyyət göstərib, sonradan "Diviziya" qəzetinə redaktorluq edib.

1944-1946-cı illərdə isə İran ərazisində Sovet qoşunları tərkibində xidmət aparıb.

Jurnalistikaya 1938-ci ildən maraqlı felyetonları ilə daxil olub. İlk kitabı “Dəniz kəşfiyyatçısı” 1948-ci ildə çap olunub və oxucuların rəğbətini qazanıb.

Müharibə illərində onun felyeton və satirik hekayələri "Vətən uğrunda", "Ədəbiyyat" və Təbrizdə nəşr edilən "Vətən yolunda" qəzetlərində işıq üzü görüb.

1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının redaktorluq fakültəsində təhsil alıb. 1956-cı ildə akademiyanı bitirib və ordudan tərxis olunub, doğma Bakıya qayıdıb. Burada həm jurnalist, həm də yazıçı kimi fəaliyyətini davam etdirib.

1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor vəzifəsində çalışıb, sonra isə Bakı televiziya studiyasında baş redaktor və sədr müavini olub.

Yazıçı bənzərsiz üslubu ilə həmkarları arasında seçilib. Onun yaradıcılığı zəngin və çoxşaxəli olub. Müəllif bir çox hekayə, oçerk, povest və romanlar qələmə alıb.

"Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" (Cəfər Cabbarlının həyatına həsr olunub), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" kimi əsərləri yazıb və oxucu rəğbəti qazanıb.

O, xüsusilə satirik-yumoristik janra üstünlük verib və bu sahədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınıb. Pyesləri ölkə teatrlarında dəfələrlə səhnələşdirilib.

Seyfəddin Dağlı həm satira, həm də yumorla yazılmış povest və hekayələrin ustası kimi tanınıb.

Onun əsərləri oxucuda düşündürücü gülüş yaradıb, sadə və rəngarəng dili ilə yadda qalıb. Əsərlərində əsas tənqid hədəfi dövrün sosial qüsurları olub, qəhrəmanlarını isə birbaşa həyatdan götürüb. Yaratdığı obrazların hər birinə fərdi bədii xüsusiyyətlər verib.

Yazıçının yaradıcılığında ən mühüm dövr "Kirpi" satirik jurnalına rəhbərlik etdiyi illər hesab olunub. 1959-1976-cı illər arasında bu jurnalın baş redaktoru kimi çalışıb.

Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

18:40 24 aprel 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir

15:40 24 aprel 2026
Məşhur yumorist haqqında qiyabi həbs qərarı çıxarıldı

Məşhur yumorist haqqında qiyabi həbs qərarı çıxarıldı

15:20 24 aprel 2026
Maykl Cekson haqqında çəkilən filmə ailəsindən reaksiya

Maykl Cekson haqqında çəkilən filmə ailəsindən reaksiya

13:40 24 aprel 2026
"Qəlblərin harmoniyası–6”  festivalı gənc istedadları bir araya gətirəcək

"Qəlblərin harmoniyası–6” festivalı gənc istedadları bir araya gətirəcək

12:49 24 aprel 2026
Frida Kahlonun əsərlərinin İspaniyaya aparılması Meksikada etirazlara səbəb oldu

Frida Kahlonun əsərlərinin İspaniyaya aparılması Meksikada etirazlara səbəb oldu

12:36 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər