Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi
29 noyabr 2024
# 16:28

Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyini təqdim edib.

Kulis.az xəbər verir ki, şair tərəfindən qələmə alınan “Nə isə olur belə şeylər” şeirinə eyniadlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin elə özü də rol alıb.

“Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm, yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr", – Sivva deyib.

Cəlil Cavanşir isə şeirin kimə həsr olunduğunu unutduğunu bildirib: “Əsas şeirin bu gün də xatırlanmağıdır. Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim “Keçmiş sevgilim” adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqlı qarşılandı və sevildi. İnanırıq ki “Nə isə” də belə olacaq".

Qeyd edək ki, “Nə isə” adlı klipdə çəkilişlər fərqli məkanlarda baş tutduğu üçün müğənni ilə şair üz-üzə gəlməyib.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər