"Rus sektorunun super savadlı, vətənpərvər uşaqları..." - Qismət Rüstəmov

Qismət Rüstəmov

Qismət Rüstəmov

21 fevral 2025
# 11:10

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

Dil davası haqqında

Bu gün bizim dünyada çoxsaylı örnəkləri olan, çox əhəmiyyətli postkolonial (müstəmləkə sonrası) diskursa ehtiyacımız var. Bunu formalaşdırsaq, reperturarımıza daxil edə bilsək, elə bilirəm, müzakirələrin yeni müstəvisinə keçə biləcəyik.

Postkolonial araşdırmaların ədəbiyyat qanadından bir az məlumatım var.

Məsələn, Dominikan yazıçı Cin Risin "Geniş Sarqosa dənizi" adlı romanına bu araşdırmalarda çox istinad edilir. Sözügedən romanda Cin Ris dünyaca məşhur Şarlotte Brontenin "Ceyn Eyr" əsərini postkolonial perspektivlə yenidən yazıb. Müəllif deyir ki, Brontenin romanında Ceyn Eyrin öz məqsədinə çatmasının bir səbəbi də əsərdə onun rəqibi olan karibli Berta Meysonun sıradan çıxarılmasıdır. Ris öz əsərində Ceyn Eyrdəki əhvalatları Bertanın gözündən yenidən yazır, alternativ rakursu müzakirə müstəvisinə daxil edir.

İndi bu perspektivdən baxsaq, müzakirənin bir tərəfinə "rus sektorunun super savadlı, vətənpərvər uşaqları", o biri tərəfinə "qəsəbəyə kasaba deyən korlanmış gəncləri" qoymaq tərəziyə əvvəldən barmaq eləməkdir. Ümumiyyətlə, lap əvvəldən bu tendensiya var, məsələn, KVN-şiklər 90-cı illərdəki səhnəciklərində belə zarafatlar edirlər: bir yanda rus dilini bilməyən çuşka kateqoriyası, o biri yanda TRT-də "kızlar əl-ələ verin" mahnısına qulaq asanlar. Həmin diskursdur, başqa formada təkrarlanır. Bu, məncə, elə postkolonial araşdırmalar pəncərəsindən araşdırılmalı məsələdir. Ədəbi mətnlərimizdə, bu tendensiyanın izlərini, yəqin, daha çox tapmaq olar.

Bu məqamda istəyirəm bir anlayışı da düşüncə və müzakirə menyumuza təklif edim, bəlkə, nə vaxtsa kiminsə ağlına batar, işinə yarayar. Siyasi mənada müstəmləkədən qurtulmağa və arınmaya de-kolonializm deyilir, ancaq ona bənzəyən, bəzən onunla qarışdırılan başqa bir anlayış da var, onu dilimizə "kolonial düşüncə" (de-coloniality) kimi çevirmək olar.

"Dekolonial düşüncə" anlayışı müstəqil olduqdan sonra, düşüncə və məişət həyatında davam edən müstəmləkəçilik modellərini araşdırır və post-kolonial araşdırmaların buna diqqət etməsini irəli sürür. Xüsusilə, epistemoloji müstəvidə, yəni düşüncə həyatında kolonial iyerarxiyaların varlığını qabardır. Yəni, təxminən, anti-utopik "Blade runner" filmindəki kimi soruşur: Əminsən ki, bu xatirənin həqiqi yiyəsi sənsən?

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər