"Romeo" və "Cülyetta"nın iddiası rədd edildi

"Romeo" və "Cülyetta"nın iddiası rədd edildi
26 may 2023
# 11:50

1968-ci ildə "Romeo və Cülyetta" filmində rol almış Oliviya Hussi və Leonard Uaytinq dekabrda 18 yaşdan kiçik ikən çəkilmiş çılpaq səhnəyə görə Paramount-u məhkəməyə vermişdilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmdə azyaşlıların iştirak etdiyi çılpaq səhnəyə görə Paramount Pictures-a qarşı qaldırılan iddia hakim tərəfindən rədd edilib.

Hakim iddiaçıların çəkildiyi səhnələrin qanunla kifayət qədər seksual xarakterli hesab edilmədiyini bildirib.

Şikayətdə iddia edilirdi ki, rejissor Franko Zeffirelli və studiya yeniyetmə aktyorları səhnəni çəkməyə məcbur edib və film çəkilən zaman onlar 16 və 15 yaşlarında olublar. Filmin rejissoru ekran işində çılpaq səhnələrin olmayacağına dair onlara söz versə də, bu baş verməyib və sözügedən səhnələr çəkilib. Nəticədə Oliviya və Leonard həmin səhnələrdən sonra sarsılıb və bu, gələcək karyeralarına da mənfi təsir göstərib. Bu səbəbdən aktyorlar şirkətdən 500 milyon dollar təzminat tələb ediblər.

Aktyorların vəkili Solomon Gresen, hakimin qərarını qətiyyətlə pisləyib və 'Romeo və Cülyetta"nın 2023-cü ildə yenidən buraxılması ilə bağlı yeni iddia qaldıracağını söyləyib.

Qeyd edək ki, filmin rejissoru Franko Zeffirelli uzun sürən xəstəlikdən sonra 2019-cu ildə 96 yaşında vəfat edib.

Romeo & Juliet' stars' lawsuit over 1968 film's teen nude scene tossed |  The Independent

# 3685 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər