Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi
13 dekabr 2024
# 10:21

12 dekabr 2024-cü il tarixində müasir Azərbaycan Respublikasının qurucusu ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə 164 nömrəli məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Öncə dahi şəxsiyyət, görkəmli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra kitabxananın əməkdaşı tərəfindən ömrünün sonuna qədər xalqı üçün çalışan və hərkəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən ümummilli liderin həyat, fəaliyyət istiqamətlərini əks etdirən “Ulu Öndər Heydər Əliyevin İrsini Anma” adlı prezentasiya təqdim edilib, məktəblilərlə interaktiv sual-cavab sessiyası təşkil olunub.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. O, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağını söyləyib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərə Heydər Əliyev irsini tanıtmaqdır.

# 1560 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər