Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu
11 aprel 2026
# 15:50

"Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib.

"Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən görüşdə "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib.


Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı.
Söz Rəşad Məcidə verilib. Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə şəxsi kitabxanasından seçmə kitablar hədiyyə edib.


Qeyd edək ki, bundan əvvəl ""Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında "Allaha salam" filminin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.

# 1676 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər