Reper narkotik alverinə görə həbs edildi

Reper narkotik alverinə görə həbs edildi
25 may 2023
# 12:40

Rep ifaçısı Fetty Wap narkotik maddə yaymaq və saxlamaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Kulis.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Əsl adı Villi Maksvell olan musiqiçi 2022-ci ilin avqustunda narkotik alverində ittiham olunub. 31 yaşlı sənətçi məhkəmədə "Məni qürurum məni bu gün bu vəziyyətə saldı" deyərək hakimdən üzr istəyib. Onun vəkilləri Fetty Wap-ın narkotik biznesinə COVID-19 pandemiyası nəticəsində yaranan maliyyə çətinlikləri səbəbindən girdiyini iddia ediblər.

Prokurorlar hakimə yazdığı məktubda repçiyə daha uzun cəza verilməsini istəyiblər. Onlar iddia ediblər ki, Maksvel şöhrətindən və nüfuzundan qeyri-qanuni biznes qurmaq üçün istifadə edib.

Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Fetty Wap-ı Nyu Yorkdakı Rolling Loud musiqi festivalına daxil olmamışdan bir müddət əvvəl həbs ediblər . Sənətçi və onun əlaltıları 100 kq-dan çox narkotik maddə yaymaqda şübhəli bilinib.

# 2305 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər