Rəngkarlıq Muzeyində sərgi davam edir

"Mistik ruhun ömrü" adlı retrospektiv sərgi

"Mistik ruhun ömrü" adlı retrospektiv sərgi

8 yanvar 2022
# 11:10

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılmış Xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgi davam edir.

Kulis.az xəbər verir ki, Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.

Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.

"Ömür yolu" adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.

Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. "Sənətkarın həyatında bir gün" formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və "Bakı Abadlıq Xidməti" ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.

Sərgi gələn il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.

# 4730 dəfə oxunub

Oxşar xəbərlər

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

"Biz təbiəti izah edirik, insanı isə anlamağa borcluyuq..." - Alman filosofdan deyimlər

15:33 19 noyabr 2026
Futbolçunun çin çıxan yuxusu - Rafiq Ələkbərin yeni hekayəsi

Futbolçunun çin çıxan yuxusu - Rafiq Ələkbərin yeni hekayəsi

15:14 19 noyabr 2026
Tanınmış aktyor vəfat etdi - Səbəb

Tanınmış aktyor vəfat etdi - Səbəb

15:02 19 noyabr 2026
Freydçi  fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər

Freydçi fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər

15:00 19 noyabr 2026
“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

14:46 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər