"Rasim Balayev 26 yaşında 48-50 yaşlı Nəsimini ifa etmişdi" - Sevda Sultanova

"Rasim Balayev 26 yaşında 48-50 yaşlı Nəsimini ifa etmişdi" - Sevda Sultanova
11 mart 2025
# 12:51

"Həsənağa Turabov 40 yaşında qoca Kəbirlinskini, 29-30 yaşında 40-45 yaşlı Gəray bəyi oynamışdı. Rasim Balayev 26 yaşında 48-50 yaşlı Nəsimini ifa etmişdi."

Kulis.az xəbər verir ki, bu sözləri kinoşünas Sevda Sultanova teleqram səhifəsində qeyd edib.

Onun sözlərinə görə, məsələ sənətçinin yaşında deyil:

"Obrazları yaşına uyğun aktyorlar oynamalıdır, aydındır. Uşağı, yeniyetməni, gənci - orta, nisbətən yaşlı adam oynaya bilməz və ya əksinə. Amma sənətdə yenilənməni ancaq yaşla ölçmək qeyri-peşəkarlıqdır. Məsələ həm də, istər gənc, istər orta, istər yaşlı nəsil aktyorun obraza ötürəcək enerjisinin olub olmamasında, personajına necə bir plastik-bədii həll verməsindədir.

İzabel Yupper 63 yaşında Verhovenin Elle filmində 49 yaşlı qadını oynayıb. Və bu ifasına görə Nikol Kidman onun qarşısında diz çöküb. Bu rola görə rejissor bir neçə 40-49 yaşlı aktrisaya müraciət etsə də, onlar imtina etmişdilər.

Dzeffirelli “Romeo və Cülyetta”ya 16-17 yaşlı gəncləri ona görə dəvət etmişdi ki, ona kino, həyat təcrübəsi olmayan, üzündə uşaq məsumluğu olan aktyor lazım idi. Halbuki 20-25 yaşlı aktyor da dəvət edə bilərdi. Yəni rejissorun niyyəti, ideyası da önəmli rol oynayır."

Kinoşünas qeyd edib ki, bəzi sənətçilərin səhnə enerjisi yoxdur:

"Teatrımızda elə peşəkar, istedadlı, vizual baxımdan maraqlı aktyorlar (aktrisalar) var ki, böyük səhnəyə çıxanda görünmürlər. Ad çəkib xətirlərinə dəymək istəmirəm. Plastikasına heyran olduğum gənc bir aktrisa var, böyük səhnəyə enerjisi çatmır. Halbuki kiçik səhnədə özünü əla ifadə edir və kinoda da nisbətən uğurlu saymaq olar.

Yəni yaşdan başqa, yan faktorlar da mühümdür. Ona qalsa, 75 yaşlı İsrafil İsrafilov 60 yaşlı Mehriban Ələkbərzadədən daha çox yenilikçi və peşəkar idi."

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

13:31 14 oktyabr 2026
Stiven Kinqin  romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

Stiven Kinqin romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

13:00 14 oktyabr 2026
Salvador Dalinin  sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

Salvador Dalinin sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

12:30 14 oktyabr 2026
Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı

12:10 14 oktyabr 2026
Tupakın  qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

Tupakın qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

11:40 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər