Rafiq Hacıyev: “Apelyasiya şikayəti verməyi düşünürəm”

Rafiq Hacıyev:  “Apelyasiya şikayəti verməyi düşünürəm”
4 dekabr 2023
# 14:56

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinin nəticələri məlum olub. Nəticələr elan edildikdən sonra əksər iştirakçılar müsabiqənin birinci və ikinci mərhələsində ARKA tərəfindən elan edilən qaydaların və prinsiplərin pozulmasından, pitçinq mərhələsində ədalətsizliyə yolverilməsindən narazılıq edib. Narazılar arasında rejissor Rafiq Hacıyev də var.

R.Hacıyev Kulis.az-a bildirib ki, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinə təqdim etdiyi “Proyekt 2602” layihəsinin ssenarisi, tanınmış Amerika kinoşirkəti “Metro Goldwyn Mayer”, Oscara namizəd olan rejissor-ssenarist Henry Hughes və digər xarici mütəxəssislər tərəfindən müsbət rəy alıb. Filmin prodüsserliyini Hollivudun peşəkar prodüsserlərindən biri, Amerika rejissorlar və prodüsserlər gildayaların üzvü Raul Celaya öz üzərinə götürüb, lakin layihənin bütün üstün tərəflərinə baxmayaraq, Azərbaycan Respublikası Kino Agentliyinin müəyyənləşdirdiyi seçim komissiyası müsabiqənin gedişatında ssenarini oxumayıb:

"Pitçinq mərhələsindəki münasibətdən hiss olunurdu ki, jüri ssenaridən xəbərsizdir, filmə aid olmayan məsələlərdən danışırlar. Eyni zamanda mənə layihəmi ətraflı təqdim etməyə və müdafiə etməyə imkan vermədilər. Pitçinqdə “Proyekt 2602”dən başqa bütün məsələlərdən sual verdilər, layihənin mahiyyəti və aktuallığı tamamilə kənarda qaldı. Nəticələr elan olunanda isə aydın oldu ki, pitçinqdə mənə və digər layihə müəlliflərinə laqeyd münasibətin səbəbi var. Ekspertlər öncədən onlara tapşırılan layihələrə şans verdilər və müsabiqənin obyektivliyini pozdular. Bu cür münasibət rejissor kimi məni qane etmir, nəticələri qəbul etmirəm. Nəticələrlə bağlı Apelyasiya şikayəti verməyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirinə müraciət etməyi düşünürəm. Pozulmuş hüquqlarımın bərpası üçün sonacan mübarizə aparmağı, haqqımı müdafiə etməyi düşünürəm”.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinə ötən ay yekun vurulub. Mübahisə doğuran nəticələrə əsasən ARKA dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 11 və tələbə filmi üzrə 16 layihəyə dəstək veriləcək.

# 4985 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər