Qulu Ağsəs haqqında yeni kitab - "Üşüyəndə özünü yandıran şair"

Qulu Ağsəs haqqında yeni kitab - "Üşüyəndə özünü yandıran şair"
6 iyun 2024
# 11:30

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Təranə Dəmirin “Üşüyəndə özünü yandıran şair” adlı kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığının və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən yeddi məqalə toplanıb.

“Üşüyəndə özünü yandıran şair”, "Qulu Ağsəs, Tanrı və söz", “Ulduz”un Qulu Ağsəs dönəmi”, “55 illik dostuma”, “Qulu Ağsəs və İlahi eşq!”, “Sözü özünə bənzəyən şair”, “Qulu Ağsəsin savaşdan çıxan şeirləri” adlı məqalələrdə müəllif Qulu Ağsəsin şeirlərinin məzmunu və bədii məziyyətləri barədə fikirlərini dolğun şəkildə ifadə edib.

Oxucu kütləsinə təqdim olunan kitabda Qulu Ağsəsin insani xüsusiyyətləri, şeirlərində olduğu qədər səmimi münasibəti və iş prinsipləri də diqqətə çatdırılıb.

Kitabın redaktoru AYB və AJB-nin üzvü Nəzirməmməd Zöhrablıdır. O, “Səmimiyyət dolu sətirlər” adlı ön sözdə "Üşüyəndə özünü yandıran şair" adlı nəşrin maraqlı tərtibatı, məqalələrin səmimiyyəti və Qulu Ağsəs yaradıcılığının yüksək keyfiyyətləri barədə söhbət açıb.

Qeyd edək ki, indiyə qədər Təranə Dəmirin "Uzaqlar", "Daş arzular", "Payız qadın", "Sıfırdan əvvəl", "Səssizliyin melodiyası", "25-ci saat" adlı şeir kitabları və "Cəhənnəmdən gələn İşıq" adlı povest və hekayələr kitabı işıq üzü görüb. "Üşüyəndə özünü yandıran şair" müəllifin sayca səkkizinci kitabıdır.

# 2286 dəfə oxunub

Oxşar xəbərlər

APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər