Qızını döyən ata harada haqlıdır?

Qızını döyən ata harada haqlıdır?
21 fevral 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Atalar və qızları" yazısını təqdim edir.


Eee o vaxtlar - tələbəlik illərində qrup yoldaşımın qohumugilə getmişdim.

Darvaza aralı idi. Haylaya-haylaya evə tərəf getdim. Bir nəfər pəncərədən əl elədi ki, keç, keç içəri. İçəri keçəndə şoka düşdüm.

Tər-suyun içində ağ maykalı, yekəqarın kişi. Şalvarını çırmalayıb, ayaqları da ləyənin içində. Qadın da çömbəlib onun ayağını yuyur.

Əvvəl elə bildim, kişi xəstədi, narahatdı. Sonra qayıtdı ki, yox e, dayı qurban, axşamlar yorğun oluram, ayağımı yudurduram ki, rahatlaşım.

Elə bunu demişdi ki, qəfildən hirsləndi:

- Min dəfə demişəm ki, su isti olsun. Bu nədi?

Qadın da yanpörtü mənə baxıb tez üzünü çevirdi. Hiss elədim ki, çox utanır. Dedim, mən çöldə gözləyərəm:

-A, yox ee, elə şey olar? - Ayaqlarını sudan çıxarıb palazın üstünə qoydu: Apar, rədd elə. Səndən bu neçə ildə bir xeyir görmədim də. Uşaq da burdadı, yerı çıx get burdan. Çaydan-zaddan elə.

O vaxt dünyaya başqa gözlərlə baxırdım. Necə deyərlər, gül kimi uşaq idim.

Sonra gətirdiyi çaya ilişdi. Gedənə qədər qadını yanımda “urvatsız” elədi.

Dediyi bir cümlə hələ də yaddaşımı qanadır:

-Dayı qurban, ba mən deyiləm, sənsən. Sən mənim çayımı yönnü gətirmə, elə bil at sidiyidi, ayağımı yuma, yeməyim zəqqo. Bə mən səni niyə almışam?
.
Bu hadisədən sonra elə şeylər gördüm, yaşadım ki, artıq heç nə qəribə gəlmir mənə.

O kişi ilə bir az da söhbət edəndən, yetişdirildiyi mühiti qavrayandan sonra başa düşdüm ki, bizi bu vəziyyətə salan haman bu mühitlərdir.
Nədən ki, o kişinin anası ondan da betərdi.

Adamın, ümumiyyətlə, atası yox imiş. Nə eləyirsə. Anasının təlqini ilə edirmiş.

Qızını döyən atanın videosuna baxanda o hadisəni xatırladım.

Əminəm ki, o ata da oxşar mühitdə, ailədə yetişib. Ona hər şey olar. İşi varsa, evə pul gətirirsə, niyə də yox?

İndi arada arvadına, qızına bir-iki şillə vurursa, buna görə onun üstünə düşmək nəyə lazım?

Yorğum-arğın gəlib. Uzanıb ki, başının dincini alsın, dəqiqəbaşı səs-küy salırlar, qoymurlar ki, 5-10 dəqiqə istirahət eləsin. Noolub? Gərək hər şeyi o 5-10 dəqiqəyə salasınız?

Hələ çəkib paylaşıblar da. Həbs eləyiblər-filan.

Mən olsaydım, mən də döyərdim elə qızı. Bəlkə, daha pis.


Hər şey bir yana, qadınlara, qızlara qarşı şiddət azalmır, daha da artır. Əsas da qız uşaqlarına.


Bir tərəfdən qız övladı olduğuna görə sevinən ataların sayı artır. Bir tərəfdən də belə...

Sosial problemlər, maddi məsələlər qabardıla bilər.

Ancaq hər şeyin kökündə ailə dayanır.

Ailə təməldir.

O ata böyüdüyü ailənin, yetişdiyi mühitin güzgüsüdür.

Şiddətin normal qəbul olunduğu mühitin...

Birinci bundan başlamaq lazımdı.

Adamlar başa düşməlidi ki, həyat yoldaşını, qızını döymək anormal davranışdır, şiddətdir, olmaz.

İndi deyəcəksiniz ki, guya bilmirlər?

Bilənlər də var, şəksiz.

Ancaq inanın, bilməyənlər o qədərdir ki...

Cəzasızlıq daha da şərait yaradır.

Ataların çoxu birinci anasından başlayır şiddətə.

Birinci şilləni anasına vurur.
Onun üzərində bərkidir biləyini.

Hardan gəlib hara gedəcəyimi bilmədiyimiz bir yerdəyik sanki...

Yolumuz hayanadır?..

# 6840 dəfə oxunub

Oxşar xəbərlər

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

18:14 21 may 2026
WUF13-ün balaca qonaqları - Fotolent

WUF13-ün balaca qonaqları - Fotolent

17:20 21 may 2026
Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

17:06 21 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

13:10 21 may 2026
Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

12:40 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər