Qızı qucağından yıxılıb öldü, ilk kitabı yandırıldı – O, mirvari boyunbağısını nəyə görə satmışdı?

Xalq yazıçısı Əzizə Cəfərzadə

Xalq yazıçısı Əzizə Cəfərzadə

4 sentyabr 2023
# 21:00

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib.

***

1937-ci ildə əski əlifbayla yazılmış kitabların yandırılması ilə bağlı qərar verilir. Əzizə evdəki kitabları kisəyə yığıb çay kənarında basdırır.

Gallery

O, pilot olmaq istəyirdi. Lakin boyu qısa olduğu üçün onu Aviasiya klubuna qəbul etmirlər.
Həyat yoldaşı ilə də Aviasiya klubunda tanış olurlar və 1941-ci ildə ailə qururlar.

***

Deyilənlərə görə, yazıçının yeni doğulmuş qızı küçədə qucağından düşür və başından zərbə alaraq ölür. Bu hadisədən sonra o, qardaşı oğlu Turanı və Kəmaləni öz övladı kimi böyüdür. Turanı övlad kimi rəsmiləşdirir, Kəmaləni yox.

Gallery

1945-ci ildə onu ərəb əlifbası ilə çap olunmuş türk ədəbiyyatına aid kitab oxuduğuna görə universitetdən qovurlar. Sonralar ekstern yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. 26 yaşında teatr texnikumuna müdir təyin olunur.

***

Ədəbi fəaliyyətə 16 yaşında başlayıb, "Əzrayıl" adlı ilk hekayəsi 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap edilib.
İlk kitabı 1948-ci ildə çap edilsə də, Moskvanın qərarı ilə qadağan olunur və yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır.

***

Həyat yoldaşı Qana prezidenti Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya köçür. Afrikada yaşadığı vaxt “Qızıl səyahət” adlı kitabını yazır.

Gallery

O, dərsdə adətən sovet ideologiyasına uyğun olmayan çağırışlar edirdi, rusların işğallarından danışırdı. Onun səsini yazmaq üçün sinfə səsyazan cihaz yerləşdirmişdilər.

***

1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır.

***

O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparır. Məşhəddə olanda həmin Quranı tapır.

Gallery

Yazı makinasına “sevgilim” deyərmiş. Ancaq ömrünün son günlərində yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, imtina edir. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürür. Füzuli haqqında “Eşq sultanı” adlı sonuncu romanını da diktofona diktə etmişdi.

***

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də, 82 yaşında vəfat edib.
Vəsiyyətinə əsasən, Hacıqabulun Tağılı kəndində dəfn olunur.

# 5534 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər