Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

Qəşəm Nəcəfzadə ilə görüş keçirildi
12 may 2025
# 12:38

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, “Gülümsə Qəşəm...” adlı görüşdə 149 və 292 nömrəli məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Banu Mühərrəm, kitabxananın fəal oxucuları iştirak ediblər.

Görüş zamanı müasir Azərbaycan ədəbiyyatının tanınmış şairlərindən biri olan Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub, şairin poeziyasından nümunələr səsləndirilib.

Öz yaradıcılığı və kitabları barədə söz açan Qəşəm Nəcəfzadə görüş iştirakçıları üçün seçilmiş şeirlərini səsləndirib, oxucuların ona ünvanladığı sualları cavablandırıb.

Yekunda şair öz növbəsində səmimi görüşün təşkilinə görə hər kəsə minnətdarlığını bildirib.

# 1587 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər