“Qərbi azərbaycanlıların milli geyim irsi” sərgisi açıldı

“Qərbi azərbaycanlıların milli geyim irsi”  sərgisi açıldı
5 mart 2026
# 17:33

Bakıda yerləşən Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunub.

Mərasim görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilib.

“Qərbi azərbaycanlıların milli geyim irsi” layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanıb.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı bildirib ki, milli geyim xalqın milli kimliyini təsvir edən atributlardan biridir: “Azərbaycanın milli geyimlərinin özünəməxsus yeri var. Həmçinin Qərbi Azərbaycanda yaradılmış mədəniyyət və incəsənət nümunələri xalqın tarixinə qızıl hərflərlə yazılıb. Hər bir Azərbaycan vətəndaşı mədəniyyət nümunəsini göz bəbəyi kimi qorumalıdır”.

Bildirilib ki, təqdim olunan albom-kitabda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb. Burada təqdim edilən geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfəş əxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş iki dəst milli geyim daxil edilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikova çıxışında muzeydə belə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, milli geyimlər xalqın həyat tərzini, estetik zövqünü və sənətkarlıq ənənələrini özündə əks etdirən mühüm mədəni nümunələrdir.

Milli geyimlər üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova isə layihə barədə ətraflı məlumat verərək bildirib ki, təqdim olunan geyim nümunələri müxtəlif tarixi mənbələr və rəssamların əsərləri əsasında araşdırılıb və bərpa edilib.

O qeyd edib ki, məqsəd Qərbi azərbaycanlıların zəngin geyim mədəniyyətini elmi əsaslarla təqdim etmək və geniş ictimaiyyətə çatdırmaqdır.

Daha sonra Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirilib. Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı olub. Ziyarətçilər burada Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus geyim ənənələrini əks etdirən nümunələrlə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, sərginin martın 8-dək davam edəcək.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

18:00 21 iyul 2026
Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

17:37 21 iyul 2026
Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

16:30 21 iyul 2026
Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

16:00 21 iyul 2026
"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

15:00 21 iyul 2026
Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

14:05 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər