Qərbi Azərbaycan mövzusunda hekayə müsabiqəsi

Qərbi Azərbaycan mövzusunda hekayə müsabiqəsi
5 mart 2025
# 10:50

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası yeni ədəbi müsabiqə elan edib. “Bir Elin Manifesti” adlanan I Ümumrespublika hekayə müsabiqəsi Qərbi Azərbaycanda baş vermiş tarixi hadisələri və soydaşlarımızın yaddaşında qalan yurd həsrətini ədəbiyyat vasitəsilə əks etdirmək məqsədi daşıyır.

Kulis.az xəbər verir ki, müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası tərəfindən təşkil olunur və ideya müəllifi Milli Məclisin deputatı, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızıdır. Layihənin tərəfdaşları AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi, media dəstəyi isə Qərbi Azərbaycan TV, “Ədəbiyyat” qəzeti və “Modern.az” İnformasiya Agentliyi tərəfindən təmin edilir.

Müsabiqə şərtləri və iştirak qaydaları

Müsabiqədə 18 yaşdan yuxarı yazarlar iştirak edə bilərlər. Təqdim edilən hekayələr Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş tarixi haqsızlıqları, deportasiya və etnik təmizləmələri, eləcə də qəhrəmanlıq və vətən xatirələrini əks etdirməlidir.

Müsabiqəyə təqdim olunan hekayələr:

Azərbaycan dilində və "Word" formatında olmalıdır
A4 formatında, Arial 12 şriftində yazılmalıdır
Sətirarası interval 1.15 sm, abzas isə 1.25 sm olmalıdır
Hekayənin sonunda müəllifin adı, soyadı, ata adı, təvəllüdü, əlaqə nömrəsi və e-poçt ünvanı qeyd edilməlidir

Son müraciət tarixi: 15 avqust 2025-ci il.

Hekayələr [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin qalibləri tanınmış ədəbiyyatşünaslardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Qalib gələn 10 hekayə “Ədəbiyyat” qəzeti və “Modern.az” saytında dərc olunacaq. Bundan əlavə, seçilmiş əsərlər ingilis dilinə tərcümə edilərək gələcəkdə kitab şəklində nəşr ediləcək.

Mükafat fondu:

I yer (1 nəfər) - 2000 AZN
II yer (2 nəfər) - hər biri 1500 AZN
III yer (3 nəfər) - hər biri 1000 AZN
Həvəsləndirici mükafat (4 nəfər) - hər biri 500 AZN

Qalib əsərlər 2025-ci ilin 23-24 dekabr tarixlərində ictimaiyyətə açıqlanacaq.

Müsabiqənin münsiflər heyətində tanınmış akademiklər, yazıçılar və ədəbiyyatşünaslar yer alıb:

1. Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı

2. ⁠ Məlahət İbrahimqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı - (layihənin müəllifi)

3. ⁠ Anar - Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

4. ⁠ İsa Həbibbəyli - AMEA-nın prezidenti, akademik

5. Mahirə Hüseynova - Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, APU-nun prorektoru, professor, şairə

6. Nizami Cəfərov - Akademik, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru.

7. ⁠Elnara Akimova - Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas.

8. Musa Urud - Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı

9. Hikmət Babaoğlu - Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı

10. Tənzilə Rüstəmxanlı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı

11. Səbinə Salmanova - Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, Milli Məclisin deputatı

12. Azər Turan - "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru

13. Telli Pənahqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi, şairə, publisist, nasir

14. Sona Abbasəliqızı - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi

15. Elşad Eyvazlı – “Modern.az” İnformasiya Agentliyinin sədri, tərəfdaş media

# 2940 dəfə oxunub

Oxşar xəbərlər

“Kapitan və Xəzər dənizi”  tarixi-sənədli filminin premyerası oldu

“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası oldu

12:32 20 yanvar 2026
Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

12:00 20 yanvar 2026
Moda əfsanəsi Valentino  Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

11:00 20 yanvar 2026
Luvr fəaliyyətini dayandırdı

Luvr fəaliyyətini dayandırdı

10:33 20 yanvar 2026
20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

10:00 20 yanvar 2026
"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

10:00 20 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər