"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirildi

"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirildi
4 mart 2024
# 13:00

Martın 1-də Heydər Əliyev Mərkəzində "Qarabağ FK – 30 mövsüm səfərdə" tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Bakı Media Mərkəzi, İctimai Televiziya və “Salnaməfilm” studiyasının birgə istehsalı olan ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət və hökumət rəhbərləri, tanınmış kino xadimləri, "Qarabağ” Futbol Klubunun kollektivi və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar "Qarabağ FK – 30 mövsüm səfərdə" tammetrajlı sənədli filmini izləyiblər.

Filmin nümayişindən sonra çıxış edən "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl ölkə başçısı İlham Əliyevin komandaya göstərdiyi diqqət və qayğıdan danışıb. Ekran əsərinin ərsəyə gəlməsinə görə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya və filmin yaradıcı kollektivinə təşəkkürünü bildirib.

"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov film barədə fikirlərini söyləyib: "Filmi izləyərəkən bir daha əmin oldum ki, mənim çox güclü futbol kollektivim var. Mən komandada döyüşçü ruhunu hər zaman saxlamaq istəyirəm. Necə ki, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsinin hər günündə bu ruhla Zəfər qazandı. "Qarabağ" Futbol Klubu bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə davam edəcək".

Çıxışlardan sonra "Qarabağ" Futbol Klubu adından Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, 2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan “Qarabağ” klubuna həsr olunub. Yaradıldığı Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra qaçqın durumuna düşən komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib.

Ekran əsərində klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.

Üç hissədən ibarət film “Qarabağ” klubunun hekayəsidir. Vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda doğma yurda qayıtmaq arzusunu itirməyən kiçik əyalət klubunun ölkənin əsas futbol komandasına çevrilmək hekayəsi “Qarabağ”a könül verən, eləcə də bütün futbol azarkeşləri tərəfindən maraqla qarşılanıb.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Nazim Hüseynov, Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

# 2546 dəfə oxunub

Oxşar xəbərlər

Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər