"Qarabağ FK: 30 mövsüm səfərdə" filmi kinoteatrlarda

"Qarabağ FK: 30 mövsüm səfərdə"  filmi kinoteatrlarda
15 aprel 2024
# 13:00

“Qarabağ” Futbol Klubundan bəhs edən “Qarabağ FK: 30 mövsüm səfərdə” sənədli filmi aprel ayının 11-dən etbarən kinoteatrlarda nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Nazim Hüseynov, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

Qarabağ Futbol Klubunun fəaliyyətindən bəhs edən layihə 3 seriyadan və bu 3 seriyanı özündə birləşdirən bir tammetrajlı sənədli filmdən ibarətdir. Yaradıldığı Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib.

Ekran əsərində klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.

2022-ci ildə istehsalına başlanan layihə 2023-cü ilin sonunda hazır olub. Filmin çəkiliş arealı da böyük bir ərazini əhatə edib. Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Sumqayıt, Qəbələ, Ağdam və s) aparılan çəkilişlərlə yanaşı, Polşa, İtaliya, Niderland və Polşada da çəkilişlər aparılıb. Araşdırma aparılaraq geniş video və foto arxivdən istifadə olunub. 40 nəfərə yaxın şəxsdən müsahibə alınıb.

Yaradıcı heyət:

Baş prodüser: Arzu Əliyeva

Prodüserlər: Nazim Hüseynov, Orman Əliyev, Balakişi Qasımov

Quruluşçu rejissor: Fuad Quliyev

İdeya müəllifləri: Fərhad Hüseynov, Murad Hüseynov

Ssenari müəllifləri: İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev

Quruluşçu operator: Mateuş Çuxnovski

Quruluşçu rəssam: Şahin Həsənli

Bəstəkar: Rəşad Haşımov

Montaj rejissoru: Əsgər Rəhimov

Səs rejissorları: Hafiz İbrahimli, Ramiz Hüseynov

Musiqi tərtibatçısı: Azad Vəliyev

Koordinator: Aydan Əhmədova

Rejissor assistenti: Vəfa Fətullayeva

Operatorlar: Ziya Babayev, Əli Əliyev, Namiq Vəliyev, Yusif Qasımov

İcraçı prodüserlər: Fariz Əhmədov, Azad Axundov, Yalçın Verdiyev

Qeyd edək ki, Vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda doğma yurda qayıtmaq arzusunu itirməyən kiçik əyalət klubunun ölkənin əsas futbol komandasına çevrilmək hekayəsi “Qarabağ”a könül verən, eləcə də bütün futbol azarkeşləri üçün maraqlı olacaq.

# 3059 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər