Praqada Azərbaycan poeziya gecəsi

Praqada Azərbaycan poeziya gecəsi
14 noyabr 2024
# 09:36

Praqanın mərkəzində, Azərbaycan Mədəniyyət Evində Azərbaycan poeziya gecəsi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahrun Süleymanova aparıb.

AZƏRTAC xəbər verir ki, gecə Praqada yaşayan azərbaycanlı rəssamların rəsm əsərləri fonunda reallaşıb. Bu ayın əvvəlində Praqada Azərbaycan Mədəniyyət Evinin açılışı çərçivəsində Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.

Şahrun Süleymanova çıxışının əvvəlində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, ölkəmizin Çexiyadakı səfirliyinə və “Natəvan” cəmiyyətinə təşəkkürünü bildirib.

Poeziya gecəsi üç hissədən ibarət olub. Birinci hissədə şair Zəfər Gününə, şəhidlərə və Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş şeirlər oxuyub. Sonra qonaqlara videoçarxlar nümayiş etdirilib.

“Natəvan” cəmiyyətinin təşəbbüsü” - Bakı Media Mərkəzi tərəfindən gözəl realizə edilən musiqisi Anar İbrahimovun (Almaniya) və sözləri Leyla Begimin (Çexiya) olan “Ürəyim Şuşa” klipi noyabrın 7-də yayımlanıb və Azərbaycan xalqı üçün qələbə müjdəçisi olub və mən fəxr edirəm ki, Sevda Ələkbərzadənin gözəl ifa etdiyi bu mahnının Azərbaycan dilinə tərcüməsinin müəllifi olmuşam”, - deyə videoklip nümayiş olunandan əvvəl şair qeyd edib.

Sonra Azərbaycan diasporunun üzvlərinə Sevinc Cavadovanın ifasında sözləri Şahrun Süleymanovaya, musiqisi Givi Usenaşviliyə məxsus “Mənim Qarabağım” mahnısı təqdim olunub.

Gecənin ikinci hissəsində Şahrun Süleymanova həm klassiklərin, həm də müasir şairlərin, o cümlədən Konstantin Simonov, Robert Rojdestvenski, A.S.Puşkin, Leyla Əliyeva, Leyla Begim, Murad Həsənov (Almaniya), Nailə Nadir və Nərminə Məmmədzadənin şeirlərindən tərcümələrini oxudu.

Şahrun Süleymanova Leyla Begimin “İmmolatio” pyesinin tərcüməsində iştirakını xüsusi qeyd edib: “Bu pyesdə iki həmyaşıd, Azərbaycan və Çex xalqlarının oğulları İmadəddin Nəsimi və Yan Qusun ideyaları və taleləri arasında çox maraqlı paralellər aparılıb”.

Gecənin iştirakçıları Azərbaycanın Xalq artisti Vaqif Əsədovun quruluşunda Bakıda Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində baş tutan bu quruluşdan bir parçaya baxıblar.

Gecənin üçüncü hissəsi Şahrun Süleymanovanın şəxsi bəstələrinə, o cümlədən pandemiya zamanı yazdığı “Şəhərimə” şeirinə həsr olunub. Şair qeyd edib ki, Bakının minlərlə qonağı - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlərinin sammitinin iştirakçılarını qəbul etməsindən çox xoşbəxtdir.

# 1088 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər