Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan gecə keçirildi

Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan gecə keçirildi
5 fevral 2025
# 16:58

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.

Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub. Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb. Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib. Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.

Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub. Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb. Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir. Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.

Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.

# 1780 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər