Pedofiliyanı təbliğ edən saytlar

Pedofiliyanı təbliğ edən  saytlar
25 yanvar 2022
# 10:40

Kulis.az Ələsgər Əhmədin ""Step" ilə başlayan porno videolar" adlı yazısını təqdim edir.


"Ensest münasibətlərin sularında
mutant hanniballar bulanırdı".

Bu misranı şeir halında yazarkən məsələnin ciddiyətinə qəhərlənmişdim. Ögey? Bu ad altında necə doğma təsirlər bağışlayırlar, fərqindədirlər. Ögey ana, ata, bacı, qardaş, ailə. Seksual zehniyyətdə psixoloji zərbələr. Ən çox da qadın porno ulduzlar üzərindən subliminal mesajlar. Təsadüf deyil ki onlar xüsusən məktəbli formasında, uşaq geyimlərində, yeniyetmə incəliyində olmaqla pedofiliyanın haqlı səbəblərə dayanışması uğrunda tərləyirlər. Deyə bilərlər ki, sadəcə videodur. Amma sən bununla orqazm olursansa, sadəcə video deyil.

Qızlarını zorlayan atalar, oğlunu çimizdirən analar. İnsanın şəxsiyyətinə 10-15 dəqiqə vizual tüpürürlər, xəyal dünyasını genişləndirən kəs qarşısından keçəni "çılpaq göstərən" eynəklə soyundurur. (Belə bir eynək kəşf edilən dünyanın əxlaqında utanırdıq) İndi bir neçə şrift başqa məsələyə toxunmaq istəyirəm.

"Toxunuş" şərəfini itirmişlərin təcavüz silahıdır. Biz bilmədiyimiz saydan da hesabsız nə qədər qadın uşaqlıq qorxusunda qalıb. "İnsanı ən çox özünküləri yıxar". Bu elə-belə deyilməyib ki. Neçə-neçə susqunluqlarda boğulub insanlar. Səbəb?

Videoda görmüşdüm. 16 -17 yaşlı oğlan uşağı, bir az da ingilis dilini bilsə, xarekterini də itirsə, "sister-brother sex" yazısından cinsiyyət orqanına söz keçirməyib əlçatan hadisələrlə bundan istifadə edəcək. Sonu nədi? Təcavüzə uğramış, unutqanlığı unutmuş qadın taleyi.

Qaynağı hara idi? Kommersiya xətrinə insanları internet paketi ilə idarə edən saytlar.

Mən bütün videolara istehza etmirəm, lakin pedofil yaradan istehsalatın əleyhinə nəsə yazmağı düşündüm. Hə, bir də orda göstərilən "sugar dədlər, mamlar" əsasən 18 yaşlı qızlara yeridilən böyük yaşın, böyük sevgisi yalanıdır. Yataqda təcrübə, cibdə pul, anlayış zəvzəkliyi. Uşaqlığımızın Qarqamel düşməni Şirin babasının, şirin ataya çevrilməsi utancvericidir. Sırf cinsi təminatın bədənlə olmasa da, düşüncədən keçirəcək qədər iyrənc hala gəlməsi necə iyrəncdir.

İstədikləri nədir? Elə bu. İşçiləri idarə edən müdirlər, müdirlərə barmaq yellədən patronlar silsiləsi yıxdı dirəklərimizi. Yeniyetmə oğlanların yetişkin qadınlardan həm seksual, həm də maddi tətmin olunması arzusu da dövrün məhvedici şeylərindən biridir. Əsrlər hələ bu cür əsarət altında qalmamışdı. Adam dözə bilər buna? Aldadıcı metodlar "n" qədər insanı intihar ipinə zəncirləyib. İstənilən ölkədə bəzi şeylərin yerini elə dəyişiblər ki, adam özünü də özündən qorumaq istəyir. Heyif.

Çıxış yolu. Bilmədən belə gördüyümüz hansısa şeyi dərk edib tərk etməliyik. Heç bir həyatı məhv etməyin. Videonu söndürüb özünüzü tərbiyələndirin. Ümid edirəm ki, lakonik yazı, ən azı uzun müddət beyninizə fəvvarə vuracaq. İyrəndirməyin adamı!

# 7407 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər