Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı?

Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı?
22 oktyabr 2025
# 12:30

22 oktyabr tanınmış fransız aktrisa Sara Bernarın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Dünyaşöhrətli teatr aktrisası olan Sara Bernar, xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşıb və sonra isə qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilib.

1844-cü ildə Parisdə Rozin Bernar olaraq doğulan aktrisa "Youle" kimi tanınan Yuli Bernar adlı, yəhudi əsilli hollandiyalı bir fahişənin evlilikdən kənar dünyaya gələn qızı olub.

Sara dolanışığını təmin edə bilmək üçün aktrisalıq və fahişəliklə məşğul olub.

Həmin zamanlarda hər iki peşə qalmaqallı hesab olunub, ancaq fahişəlik ictimai dairələrdə daha üstün peşə sayılıb və təhsilli olmağa bərabər tutulub.

Bu minvalla həmin peşə bəzi hallarda daha hörmət edilən, əlavə iş ola bilib. O, 1859-cu ildə teatr təhsili üçün Paris Konservatoriyasında təhsil alıb.

O, XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransa səhnəsində oynadığı məşhur tamaşalarla tanınıb və "Art Nouveau" üslubunun ilham mənbəyi sayılıb.

“İlahi” ləqəbi ilə tanınan Sara Bernarı rəssam Alfons Muşa kəşf edib və uzun müddət ona ilham verib.

Parisli məşhur rəssamlar onun portretini çəkib, onun təsviri olan afişalar isə "Art Nouveau" sənətinin simvoluna çevrilib. Lakin onu əsl ulduza çevirən fotoşəkilləri olub.

O dövrdə gözəllik anlayışı bugünkündən çox fərqli olub.

Sara Bernar öz dövrünün ilk “influenser”lərindən biri sayıla bilər. O, "Art Nouveau" tərzində zinət əşyaları taxan ilk qadınlardan biri olub və bu, Parisdə yeni dəb formalaşdırıb.

Onun nüfuzuna görə zadəgan qadınlar və ziyalılar da Lalikin hazırladığı bu zərgərlik üslubuna keçərək sərbəst parça və aksessuarlar taxmağa başlayıblar. 1900-cü ildə Paris sərgisi bu yeni tərzi bütün dünyaya yayıb.

"Art Nouveau"dan əvvəlki dövrdə qadınların bədənini göstərmək, demək olar ki, qadağan olunub. Amma bu yeni dövr qadınlara daha çox şəxsi azadlıq gətirib.

Sənətdə qadın bədəni, dalğalı saçlar, təbiilik və qadın bədəninin gözəlliyi ön plana çıxıb.

Sara Bernar zəif bədən quruluşlu olub, xəstə uşaqlıq keçirib və əvvəlcə rahibə olmaq istəyib.

Ancaq anasının sevgililərindən biri – III Napoleonun qardaşı Duke de Morni onun aktrisa olmasına qərar verib və 16 yaşında onu Paris Konservatoriyasına təhsil üçün göndərib.

Tezliklə Sara Fransa teatrının ulduzuna çevrilib, sonra isə Cənubi Amerika, Avstraliya və ABŞ-da qastrol səfərlərinə çıxaraq beynəlxalq arenada şöhrət qazanıb.

O dövrdə Parisdə teatr əsas mədəni hadisə idi - hər ay milyonlarla insan tamaşalara baxırdı. Bir çox tənqidçilər onu “bütün dövrlərin ən böyük aktrisası” adlandırıb. Sara həm də öz pyeslərini yazıb.

XX əsrin əvvəllərində Bernar kinoda da çəkilməyə başlayıb. O, “Hamlet” (1900) və “La Tosca” (1908) kimi ilk səssiz filmlərdə rol alıb.

1905-ci ildə Amerikaya vida səfərinə çıxarkən “La Tosca” tamaşası zamanı Rio-de-Janeyroda dizindən ağır zədə alıb. Ağrılara baxmayaraq, səhnədən ayrılmayıb.

71 yaşında isə vəziyyəti ağırlaşdığı üçün ayağı amputasiya olunub.

Sara Bernar 26 mart 1923-cü ildə böyrək çatışmazlığından vəfat edib.

Onun dəfn mərasimi zamanı Paris küçələri insanlarla dolub.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

"Fərhad"  heykəli yenidən Ağdamda

"Fərhad" heykəli yenidən Ağdamda

14:25 22 oktyabr 2025
Qurban Pirimov "Azərbaycanfilm"in direktoru vəzifəsini icra edəcək

Qurban Pirimov "Azərbaycanfilm"in direktoru vəzifəsini icra edəcək

12:37 22 oktyabr 2025
“Sənətkarın dostu” layihəsindən növbəti görüş

“Sənətkarın dostu” layihəsindən növbəti görüş

12:26 22 oktyabr 2025
“Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər?

“Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər?

12:00 22 oktyabr 2025
Azərbaycanlı reper müharibədə həlak oldu

Azərbaycanlı reper müharibədə həlak oldu

11:53 22 oktyabr 2025
Seymur Baycan:  "Ən pisi də odur ki, ruhən azad deyillər"

Seymur Baycan: "Ən pisi də odur ki, ruhən azad deyillər"

11:37 22 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər