Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazandı
14 dekabr 2023
# 10:23

Azərbaycan Dövlət Pantomim Teatrı Beynəlxalq Festivalda mükafat qazanıb.

Kulis.az xəbər verir ki, 2023-cü il 7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Aytmatov və teatr" Vl Beynəlxalq Teatr Festivalı baş tutub. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.

Müxtəlif ölklərdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.

# 1947 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər