Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyən kişi - YENİLƏNİB

Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyən kişi - YENİLƏNİB
27 avqust 2024
# 16:04

Kulis.az xəbər verir ki, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edən kişinin kim olduğu bəlli olub.


****

Naməlum kişi özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan pul alır.

Kulis.az xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev məlumat verib.

"Şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən, kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təəssüf ki bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün 20 yanvardakı "Bravo"da tanış bir xanımla şəkil çəkdirib. Özü ilə Mirzə Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayevə oxşasın. Onu görən olsa, xahiş edirəm, hansısa bəhanəsi ilə ya onun nömrəsini öyrənin, ya da səhərsi gün eyni yerdə görüş təyin edib mənə məlumat verin".

# 5182 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər