Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib

Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib
6 mart 2025
# 15:25

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanıb.

Kulis.az xəbər verir ki, “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir.

Qeyd edək ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.

“Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmi bu linkdən - https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1 izləmək olar.

# 2660 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər