Özbəkistanda Azərbaycan guşəsinin açılışı oldu

Özbəkistanda Azərbaycan guşəsinin  açılışı oldu
12 iyun 2024
# 10:40

Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək xalqlarımızın qədim köklərə malik milli adət və ənənələrə sahib olduğunu qeyd edib. Hər iki ölkənin Milli Kitabxanaları arasında qarşılıqlı əlaqələrdən danışan nazir müavini Özbəkistan Milli Kitabxanasında açılan Azərbaycan guşəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Mərasimdə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva kitabxanada Azərbaycan guşəsinin açılmasını kollektiv və oxucular üçün əlamətdar hadisə kimi qiymətləndirib.

Kitabxananın fondunda Azərbaycana dair çoxsaylı nəşrlərin qorunduğunu deyən direktor daimi guşədə nümayiş olunan kitab, jurnal və digər çap məhsullarının qardaş ölkənin tarix və mədəniyyətinin, ədəbiyyatının təbliğinə öz töhfəsini verəcəyini vurğulayıb.

U.Teşabayeva əlavə edib ki, Özbəkistan Milli Kitabxanasında Azərbaycana dair 5 mindən çox kitab mövcuddur və onların sayı ildən-ilə artacaq.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Özbəkistan Milli Kitabxanası ilə əlaqələrin ildən-ilə genişləndiyini deyib.

Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan guşəsi 2019-cu ildə təşkil edilib. Ötən dövr ərzində Milli Kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının, mütəfəkkirlərinin yubileyləri ilə bağlı tədbirlər keçirilib, kitab təqdimatları olub.

Bildirilib ki, yeni yaradılan Azərbaycan guşəsində 300-ə yaxın adda nəşr yer alıb. Özbək oxucular burada Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı, eləcə də 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizlə bağlı ətraflı məlumat almaq imkanı qazanacaqlar.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan guşəsində yer alan nəşrlərlə tanış olublar.

# 2517 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər