Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?

Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?
6 mart 2025
# 18:34

Kulis.az Yalçın İslamzadənin Ramazan ayı haqqında yazısını təqdim edir.

Paris metrosunda miqrant yerli xanımın üstünə qışqırır: "Bilmirsən Ramazandır? Niyə gözümün qarşısında yemək yeyirsən?"

Təfəkkür bəsitdir, zehnində tək model var deyə fərqli baxa bilmir. Başqa mühitdə olduğunu, başqalarının başqa həyat tərzləri olacağını düşünə bilmir.

Xarici ölkədə yerli sakin müəslman qonşusuna spirtli içki hədiyyə edir: "Eşitmişəm, müsəlmanların bayramıdır".

Niyyəti yaxşıdır, metodu səhvdir.

Xaricdə professor auditoriyaya yemək qoyur: "Oruc tutanlar iftarlarını aça bilər".

Biz Türkiyəyə yeni getmişdik, bir az sonra Ramazan başladı. Günorta yemək yediyinə görə ülküçülər bir dostumuzu döydülər: "Sen nasıl oruç tutmazsın?"

Qazi Universitetində də "İncil" paylayan missionerlərin ağızlarını-burunlarını qırmışdılar. Halbuki sivil rejimdə müzakirə və mübahisə edə bilərdilər.

İnsan mütləq həqiqətə inananda səbirsiz olur, şiddəti məqsədə çatmaq üçün qısa yol kimi legitim qəbul edir.

İftar vaxtı tələbə yoldaşlarla ODTÜ-dən çıxırdıq, bir nəfər yaxınlaşdı: "Sizi iftara dəvət edirəm".

Uşaqlar razılaşdı, mən sağollaşıb getmək istəyəndə soruşdu ki, sən niyə gəlmirsən?

Dedim, oruc tutmuram. "Olsun", - dedi, - "qəzasını tutarsan".

"Mən inanclı deyiləm" dedim, bir az fikirləşdi, dedi ki, deyim var, imanın kimdə olduğu bilinməz, sən də gəl".

Yolda dedi ki, əslində, mən də tərəddüd edirəm. İçki fabrikasında işləyirəm. Bayaqdan götür-qoy edirəm ki, mənim verdiyim iftar savaba sayılarmı? Sonra qərara gəldim ki, niyyətim təmizdir. O dünyada bilinər, savab sayılıb-sayılmadığı. İnşallah, sayılar".

Din insanın özünü tərbiyə etməsi, məhdudlaşdırması, sivilləşməsi, icmanın xeyrinə işlər görülməsi, humanitar məqsədlər üçün istifadə olunanda möminlər yaranır.

Din "Mən mütləq həqiqətə sahibəm. Qalanları məndən fərqlidir. Məqsədim onları islah etməkdir" deyəndə, özü bütün əmrləri pozub, başqalarından qaydalara əməl etməsini tələb edən siyasi islamçı yaranır.

# 4596 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

13:31 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər