“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir

“Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” nümayiş etdirilir
9 aprel 2026
# 17:15

Bakıda Xəzər universiteti və Litva səfirliyinin birgə təşkilatçılığı ilə Litvada yaşayan ukraynalı qaçqınların fotolarından ibarət “Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” adlı sərgi təşkil edilib.

APA xəbər verir ki, tədbirdə universitet tələbələri, Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev, digər diplomatlar və media nümayəndələri iştirak edib.

Açılış üçün Xəzər universitetinin təsisçisi Hamlet İsaxanlı və universitetin rektoru Raziyə İsayeva çıxış edib. Natiqlər ölkələrimiz arasında əlaqələrə diqqət çəkərək, universitetin Litva təhsil müəssisələri ilə elmi əməkdaşlığa hazır olduğunu vurğulayıblar.

Tədbirdə Litva Baş naziri İnqa Ruqiniene çıxış edib. O, litvalıların öz evlərini könüllü surətdə ukraynalı qaçqınlara açdığını bildirib və Ukrayna xalqının əzmkar xarakteri barədə danışıb.

“Fotolardakı insanların gözlərinə baxdıqda Ukrayna xalqının məğlubedilməz olduğunu görmək olur”,- Baş nazir qeyd edib.

Ardınca Ukrayna səfiri Yuri Husyev çıxış edib. O, Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan və Litvaya təşəkkür edib. Səfir bu ölkələri ukraynalılar üçün ikinci ev adlandırıb.

Tədbir bədii hissə ilə davam edib.

Sonra isə Hamlet İsaxanlı tərəfindən Litva Baş nazirinə hədiyyə təqdim olunub və xatirə şəkil çəkilib.

Sonda qonaqlar sərgidə nümayiş etdirilən fotolarla tanış olub.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər