Ölkəmiz beynəlxalq müsabiqədə qalib oldu

Ölkəmiz beynəlxalq müsabiqədə qalib oldu
29 iyun 2022
# 13:20

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı beynəlxalq kitab müsabiqəsi növbəti dəfə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində təşkil olunub.

Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda, MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Özbəkistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim edilib. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunub.

Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanılıb. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilib və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunub.

Müsabiqədə kitabların dizaynı, mövzusu da nəzərə alınıb.

Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

# 2454 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər