"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid
8 noyabr 2025
# 10:00

Kulis.az Nuray Rəşidin "Vətənlə monoloq- çavuş Sənan Ələsgərzadənin Xatirəsinə" yazısını təqdim edir.

Əfsanəvi Taborun Döyüşçüsü Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci il oktyabrın 10-da Şəki rayonunun Əliyar kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Sənan igidliklə döyüşərək Cəbrayıl və Füzulinin azadlığı uğrunda savaşıb. O, 19 oktyabr tarixində Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bu qəhrəman çavuş ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Kimindir Vətən?

İrəli atılıb sellərcəsinə,
Sinəsindən vurulub tam mərdcəsinə,
Bir gül bağçasına girərcəsinə,
Bu qara torpağa girənlərindir
- deyib dəyərli türk şairi Məhmət Akif Ərsoy.

Sanki bu misralar İkinci Qarabağ Müharibəsi üçün yazılıb...

Bu torpaqları gül bağçası bilib, qoynuna qorxmadan girə bilməyi hünər bilmək imiş yurd sevgisi. Bu torpaqları gül bağçası bilib, qoynuna qorxmadan girə bilməyi bilmək imiş yurd sevgisi. Necə əvəzsiz sevgi imiş ki bu, vətən torpağının hər qarışını görmədən, onun uğrunda geriyə belə baxmadan mücadilə aparmaq imiş.

Necə ilahi sevgisən sən, ey Vətən!

Sənin üçün savaşanları, canını verənləri torpaqdan ibarət yorğanınla əbədi qonaq kimi qoynunda uyumasına izn verirsən.

Necə şirin imiş laylan, Vətən!

Hər bir şəhid qoynuna əbədi şirin yuxuya gedib, bir daha oyanmaq istəməz.

Sən çox şanslısan, ey Vətən!

Hər bir zərrəni qarış-qarış görməsələr belə, uğrunda qanının son damlasına qədər savaşmağı bacaran mərd oğulların var! Çavuş Sənan Ələsgərzadə kimi oğulların var… Zarafatcıl, pozitiv, həyatın hər anında gülməyi və güldürməyi bacaran oğul, ər meydanında düşməni ağlatdı. Neçə-neçə sənə göz dikən düşməni yer üzündən sildi. Deməli, gülməyi və güldürməyi bacaran oğul, mövzu sən olanda qorxutmağı da, ağlatmağı da eyni hünərlə bacarırmış.

Səni elə sevirmiş, elə güvənirmiş ki, onu bu dünyaya gətirən valideynlərini - Muxtar atanı, Heyran ananı, qardaşı Elması, bacısı Gülnazı və ən nəhayət evlilik xəyalları qurduğu nişanlısını sənə əmanət edib. Amma sən yeganə sevgisən ki, heç kim sənə olan sevgini nə qısqanar, nə də sorğular.

Bilirsənmi, ey Vətən…

Onun valideynləri bilsələr də ki, Sənan son döyüşdə bir qolunu sənin uğrunda itirib, buna baxmayaraq döyüşdüyü üçün onunla fəxr edirlər. Sənə olan sevgisi və fədakarlığı onu tək ata-anasının yox, Şəkinin və bütün Azərbaycanın oğlu edib. Sənə olan sevgisi onu elə bir zirvəyə ucaldıb ki, vaxtilə onu tanıyan hər kəs üçün bu gün böyük fəxarətə çevrilib.

Bilirəm, ey Vətən…

Sən bunların hamısını bilirsən.

Sənin yaddaşın, tarixin yaddaşıdır. Sən sənin uğrunda edilən heç nəyi unutmazsan. Onun kimi oğulların qanı ilə boyandı bayrağının qırmızısı, onun kimi oğulların canı ilə möhkəmləndin.

Vətən, sən çox yaşa!

Sən yaşa ki, sənin uğrunda can verib ölümsüzləşənlər də yaşasın!

Çünki sənin uğrunda canlarından keçənlər əslində, ölmürlər. Onlar sənin nəfəsinə çevrilirlər

# 246 dəfə oxunub

Oxşar xəbərlər

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

10:40 8 noyabr 2025
Mətanət Vahid:  "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

Mətanət Vahid: "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

10:00 8 noyabr 2025
"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

17:40 7 noyabr 2025
Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

17:38 7 noyabr 2025
Həbs edildi, ruhi xəstəxanaya düşdü   - Birotaqlı evdə yaşayan Xalq artisti

Həbs edildi, ruhi xəstəxanaya düşdü - Birotaqlı evdə yaşayan Xalq artisti

17:35 7 noyabr 2025
ABŞ-də qorxu filmi çəkilişləri zamanı faciə baş verdi

ABŞ-də qorxu filmi çəkilişləri zamanı faciə baş verdi

17:20 7 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər