Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir

Qədir Rüstəmov

Qədir Rüstəmov

20 noyabr 2022
# 21:00

Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdür. Kulis.az bu münasibətlə Xalq artisti haqqında martaqlı faktları təqdim edir.

1. Çoxu bilmir ki, Qədir Rüstəmova ilk xeyir-duanı Xan Şuşinski verib. O, məclislərin birində Qədirə deyib: “Ay qara oğlan, oxu görək, səsini yaman tərifləyirlər.” Qədir orda “Qarabağ şikəstəsi” oxuyub, Xan başını təmkinlə yellədərək deyib: “Sən sənətkar olacaqsan!”.

Related image

2. Ağdam şəhərinə atılan raketlərdən biri Qədirin əkdiyi tut ağacının budağını yaralayır. Qədir o tutdan iki dəyirmi ağac kəsir. Həyat yoldaşı həmin ağacları Azərbaycan Milli Tarix Muzeyinə bağışlayır.

Related image

3. Qədir Rüstəmov balıq tutmağı, ova getməyi və maşın sürməyi çox sevib. Onun balıq sevdası haqqında çoxsaylı əhvalatlar var. Biri budur ki, Bakıdan Lənkərana vəzifədə işləyən dostunun yanına gedir, ondan ciddi-ciddi xahiş edir: “İcazə ver, balıq vətəgəsində qarmaqla balıq tutum!” Dostu təəccüblənir. “Ay Qədir, balıq lazımdı, denən bir “KAMAZ” verim, bu boyda adam gedib dənizə qarmaq sallayacaqsan?” Nəticə: Qədir dostundan küsür və Lənkəranı tərk edir! Onu güc-bəla saxlayıb üzr istəyirlər.

Related image

4. Qədir Rüstəmov qaçqın düşəndə Oğuzda yaşayırdı. Ağdamlı telejurnalist Fəxrəddin Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də verəndən sonra elə bil hamının yadın düşdü. Bundan sonra Heydər Əliyev onu Bakıya çağırdı, ev və maşın bağışladı.

Image result for qədir rüstəmov

5. Qədirin müğənnilik edən oğlundan zəhləsi gedirdi. Onunla danışmırdı. Hər dəfə onunla bağlı nəsə soruşanda əsəbləşir, suala cavab vermirdi. Səbəbi qəribə idi: “Niyə gedib restoranlarda oxuyur?!”

Related image

6. Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün bu ifasında heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir.

7. Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur.

8. Qədir həm də böyük sənətkarlarla dolanmırdı. Onun Habil Əliyevlə, həmyerlisi Rəmişlə, Avtandil İsrafilovla böyük skandalları olmuşdu. “Mətbuatda dediyi “Yekə kişidir, gedib “Cücələrim” çalır, ayıbdır” sözləri Habil kimi yumor hissi yüksək olan və səbirli adamı hövsələdən çıxarmışdı.

Related image

9. Onunla ünsiyyətə girmək çox çətin idi. Ağdamda qonşusu olan bir kişi məclislərin birində etiraf eləmişdi: “Qədir bu dünyanın ən pis qonşusu idi!”

Image result for qədir rüstəmov

10. Həyat yoldaşı deyir, Türkiyədə xəstəxanada komada ikən Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib deyir, ay Qədir, Ağdamı alıblar, aç gözlərini, dur gedək! Bu vaxt əli tərpənməyə başladı.

# 8823 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #