Nutella ilə səyahət edin

Nutella ilə səyahət edin
25 sentyabr 2023
# 11:24

Ənənəvi səhər yeməyi gün ərzində ən vacib qida qəbuludur. Bu yeməyin daha da dadlı olması üçün ona bir inqrediyent daha əlavə olunmalıdır - qozlu - şokoladlı Nutella® pastası. Bu brend məxsusi olaraq Azərbaycan üçün etiketlərinin üzərində ölkəmizin füsunkar guşələrindən çəkilmiş gözəl mənzərələrin əks olunduğu üç pasta bankasından ibarət məhdud kolleksiyanı yaratmışdır. Nutella® füsunkar təbiətimiz, insanlarımız və unikal un məmulatlarından o qədər ilhama gəlmişdir ki, ölkəmizin gözəlliklərinə həsr olunmuş bütöv bir layihə ərsəyə gətirmişdir!

Marsa uçmaq? Bu asandır! Azərbaycan yalnız öz şəhərləri ilə deyil, insanı valeh edən təbiət guşələri ilə də gözəldir. Bunun sübutu - Xızı rayonudur. Qafqaz dağları öz vadilərinin möcüzəvi və unikal gözəllikləri ilə insanı ehtizaza gətirir. Uşaqlıqdan tanış olan mutaki isə konfet dağları barədə təəssüratları bir qədər zəiflədir.

Paytaxt Bakı şəhərində ölkənin tarixini tədqiq etmək, onun müasir imkanları ilə iftixar hissi keçirmək, şəhərin memarlıq və qastronomiyasında müxtəlif qitə mədəniyyətlərinin bir parçasını aşkar etmək, şəhərin qonaqpərvər və qürurlu sakinləri ilə ünsiyyətdə olmaq, həm də öz təəssüratlarını başqa turistlərlə paylaşmaq istəyirsən, çünki səyahət zamanı yaşadığımız dünya barədə nə isə yeni bir məlumat öyrənmək onun ən gözəl cəhətidir. Bu səyahətdə bizim ən gözəl yol yoldaşımız şirin qoğal olar, onlar odlar ölkəsinin müasir paytaxtında gəzintimizi daha da parlaq edər!


Bakı şəhərindən 40 km şimal-şərqdə, Abşeron yarımadasında bir qəsəbə yerləşir Dübəndi limanı. Burada dəniz mənzərələri və şişburun qayalardan zövq alaraq Xəzər dənizinin sahilində unudulmaz vaxt keçirmək, qədim tarixi abidələri və neft ixrac edən müasir müəssisələrin tarixini öyrənərək, tarixi suallara cavab tapmaq olar. Xəzər dənizinin Azərbaycanın müasir sakininin hər birinin həyatında oynadığı vacib rolu və insanların bu heyrətamiz bölgənin ərazisində nə zamandan bəri yaşadıqlarını anlamaq mümkündür. Kükrəyən Xəzər dənizi sahilinə gedərək, səhər doyumcul və al rəngli kətə ilə möhkəmlənin.

Səhərinizi Azərbaycanın füsunkar yerlərində yeni bişirilmiş Nutella® ilə başladın. Məhdud bankanın etiketinin əks tərəfində müxtəlif məkanların təsvirini əks etdirən İnternet səhifəsinə sizi yönəldən QR-kodu və Nutella® ilə tam uzlaşan un məmulatının daxil edildiyi səhəra yeməkləri reseptləri var. Məsələn, şirin qoğal adətən bahar bayramı olan Novruz Bayramı üçün bişirilən şirin ənənəvi bulkadır. Dairəvi bulkalar kiçik günəşcikləri xatırladır: onlar qızılı, parlaq və qabarıq haldadır. Şirin qoğal süddə bişirilir və qozla doldurulur. Qozlu-şokoladlı Nutella® pastası möhtəşəm məmulat dadına daha da çox parlaqlıq qatır.

Məkanlar və səhər yeməyi reseptləri barədə daha ətraflı bu səhifədə oxuyun: nutella breakfast.az

Səhər yeməklərindən zövq alın və Nutella® ilə səyahət edin!

# 3463 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər