“Novruz: ənənəyə yeni baxış” adlı yaradıcılıq müsabiqəsi elan olunub

“Novruz: ənənəyə yeni baxış”  adlı yaradıcılıq müsabiqəsi elan olunub
27 mart 2024
# 17:36

“Azərbaycan xalçaçıları” İctimai Birliyi və "NUR Art House" qalereyası sənətsevərlərə "Novruz: ənənəyə yeni baxış" adlı yaradıcılıq müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, layihənin ideya müəllifi "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevadır.

Layihənin məqsədi milli mədəni irsimizin gənclər arasında təşviqi, ənənəyə klassik və müasir baxışın, nəzəri və təcrübi bilik və vərdişlərinin formalaşması, milli irsimizin zənginləşməsinə xidmət edən yeni meyillərin əks olunmasıdır.

Müsabiqə xalça sənəti və dekorativ tətbiqi sənət kateqoriyası üzrə keçiriləcək.

Müsabiqədə 14-35 yaşlı tələbə-gənclər və həvəskar rəssamlar iştirak edə bilər. Onlara görkəmli xalçaçı-rəssamların, fırça ustalarının, dekorativ-tətbiqi sənətlə məşğul olan sənətkarların yerli və beynəlxalq sərgilərdə uğurla nümayiş olunmuş, müxtəlif muzeylərin, şəxsi kolleksiyaların ekspozisiyasını bəzəyən məşhur əsərləri təqdim olunacaq və müsabiqə iştirakçıları bu əsərlərə baxaraq kopiya, replika, reproduksiya, əsərin motivləri əsasında yeni sənət nümunələri yaradacaqlar. Müsabiqənin özəlliyi incəsənətə yeni ruh gətirəcək hər bir əsərin müəllif işi kimi dəyərləndirilməsidir.

Əsərlərlə əyani olaraq “NUR Art House” qalereyasında tanış ola və ya qeydiyyatdan keçdikdən sonra elektron formatını poçt vasitəsilə əldə edə bilərsiniz.

Müsabiqə bir ay davam edəcək. Müsabiqə boyu tələbə-gənclər və həvəskarlar qrafik üzrə tanınmış rəssamlarla, müəlliflərlə görüşəcək, onlardan sənətin sirlərini öyrənəcək, məsləhətləşəcək və yeni əsərlərin üzərində işləyəcəklər.

Müsabiqəyə əsərlər aprelin 12-dək qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən tələbə-gənclər və həvəskar rəssamlar qısa yaradıcı tərcümeyi-halını, şəklini, şəxsiyyət vəsiqəsinin scan-versiyasını və maraq göstərdiyi incəsənət növü ilə bağlı məlumatı “Azərbaycan xalçaçıları” İctimai Birliyinin [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Bu məlumatları təqdim edən şəxslər müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmiş sayılacaqlar. Tanınmış rəssam, sənətşünas və sənətkarlardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı əsərlərin müəlliflərinə qalib sertifikatları təqdim olunacaq. Müsabiqəyə təqdim olunan bütün əsərlər sərgilənəcək və qaliblərə sertifikatlar sərginin açılışı günü təqdim olunacaq. “NUR Art House” qalereyasının gənc xalçaçı-rəssama hədiyyəsi isə qalib xalça eskizi əsasında toxunacaq xalça olacaq.

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər