Növbəti Nəsimi festivalı keçiriləcək

Növbəti Nəsimi  festivalı keçiriləcək
1 sentyabr 2025
# 13:40

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq festival çərçivəsində bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlər olacaq.

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək.

Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi planlaşdırılıb.

Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək.

İlk dəfə Nəsimi Bağları Kompleksində keçiriləcək festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunacaq. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidisipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim ediləcək.

Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksi ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.

Qeyd edək ki, 2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

# 1854 dəfə oxunub

Oxşar xəbərlər

Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər