Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının  açılış mərasimi olub
6 dekabr 2025
# 10:10

Dekabrın 5-də Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev çıxış edərək festivalın məqsədlərindən, Azərbaycan kino sənətinin beynəlxalq arenada tanıdılmasından və yerli filmlərin dünya festivallarında təqdimatından danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə kino sənətinin inkişafı istiqamətində görülən işlərdən, festivalın milli kino mədəniyyətinin təbliğində rolundan bəhs edib.

Tədbirdə festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri də söz alıblar. Onlar beynəlxalq arenada Azərbaycan kinosunun rolunu və onun inkişaf perspektivlərinin əhəmiyyətini vurğulayıblar.

Bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün ərzində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Bu il Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının “Ən yaxşı prodüser” mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kinomütəxəssis İqor Soukman qiymətləndirəcək.

Festivalın yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.

Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.

Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd, Düşənbədə mükafatlar qazanan Əli-Səttar Quliyev, “Şərq-Qərb. Klassika və avanqard” beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır.

Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı “Qızıl Nar”dır. Bununla yanaşı, festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.

Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların diqqətinə təqdim edilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.

Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.

Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.

Festivalın bağlanış-mükafatlandırma mərasimi dekabrın 9-da Nizami Kino Mərkəzində olacaq.

# 1280 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər