Niyaməddin Musayev: “Dünya yazıçılarından heç kimi tanımıram”

Niyaməddin Musayev:  “Dünya yazıçılarından heç kimi tanımıram”
1 iyun 2023
# 17:30

“Ədəbiyyatla maraqlanıram. Vaxtım olduqca kitablar oxuyuram. Daha çox şeir kitabları mütaliə edirəm. Poeziyanın musiqi ilə yaxınlığı olduğundan şeirlərə dəyər verirəm”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev ədəbiyyat və kitablarla bağlı danışarkən bildirib:

“Azərbaycan ədəbiyyatında sevdiyim bir çox şair var. Bunlardan Səməd Vurğun, Məmməd Araz, Rəsul Rza, Yusif Nəğməkarın çox gözəl şeirləri var. Harada gözəl şeir varsa, ora müraciət edirəm. Müasir şairləri tanımıram. Əsas şeiriyyata qiymət verirəm. Hansı şeir xoşuma gəlsə, onu mahnıya çevirirəm. Gənclərdən müraciət edənlər olur, amma şeirləri zəif olduğundan xoşuma gəlmir. Mənim istədiyim səpkidə olmur. Hər şeir mahnıya getmir”.

N. Musayev sonda qeyd edib ki, dünya ədəbiyyatından o qədər xəbərdar deyil.

“Dünya yazıçılarından heç kimi tanımıram”.

Ednew

# 4459 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər